• 15 avqust 2017-ci il tarixdə ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair konfrans keçiriləcək.

    15 avqust 2017-ci il tarixdə, saat 15:00-da Milli Televiziya və Radio Şurasının inzibati binasında (Nizami 145) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun «Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması» Layihəsi əsasında Milli Televiziya və Radio Şurası və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2017-ci ilin iyun-iyul aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair konfrans keçiriləcək.
    Konfransda Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssislərinin, dilçi alimlərin, teleradio yayımçılarının nümayəndələrinin iştirakı nəzərdə tutulur. 

    Kütləvi informasiya vasitələri konfransda iştirak etmək hüququna malikdirlər.

Yuxarı ^