• “FARAON-1” MMC

    “FARAON-1” MMC

    «FARAON-1» Tam ortaqlığının ilk nizamnaməsi 16.08.2001-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Yayımçı əsasən kodlaşdırılmış qurğularla yayımı həyata keçirir.

    Milli Televiziya və Radio Şurasının 22 avqust 2011-ci il tarixli qərarı ilə «FARAON-1» Məhdud Məsuliyyətli Cəmiyyətinin kodlaşdırılmış qurğularla yayım üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır.

    “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.

Yuxarı ^