• 09 avqust 2017-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

    İclasda Azərbaycan Respublikası ərazisində rəqəmsal yayıma keçiddən sonra boşalan tezlik resurslarından səmərəli istifadə olunması ilə bağlı məsələlər müzakirə edilmişdir

     Müzakirələrə uyğun olaraq iclasda yüksək keyfiyyətli rəqəmsal (HD) yayımın həyata keçirilməsi üçün “Azad Azərbaycan” Teleradio Kompaniyasına (“ATV” televiziyası) və “Xəzər” televiziyasına müvafiq olaraq 35-ci və 29-cu yayım kanallarının ayrılması barədə qərar qəbul edilmişdir. Həmçinin  22-ci TV yayım kanalının “TV Texservis” kabel şəbəkəsi yayımçısının istifadəsinə verilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda iclasda Qubada fəaliyyət göstərən “Xəyal” Müstəqil Televiziya və Radio Şirkətinın adının dəyişdirilməsi ilə əlaqədar olaraq ona verilmiş regional televiziya yayımı üçün xüsusi razılığın (lisenziyanın) “Qafqaz” Müstəqil Televiziya və Radio Şirkətinın adına rəsmiləşdirilmişdir.

Yuxarı ^