• 25 aprel 2017-ci il tarixdə Milli Televiziya və Radio Şurasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.

    İclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə seçki keçirilib. "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası tərəfindən Quliyev Cəmil Elşad oğlu 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilmişdir.
Yuxarı ^