• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edir

    Müsabiqədə iştiraka dair tələblər aşağıdakılardır: - Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı; - Namizəd ali təhsilli olmalıdır. Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil­məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

     

    İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər aşağıdakı sənədləri 12 aprel 2017-ci il tarixdən 22 aprel  2017-ci il tarixədək Milli Televiziya və Radio Şurasına (Ünvan: Bakı şəhəri, Nizami küçəsi 145, Əlaqə: 012 598 36 59) təqdim etməlidirlər:

    1.Ərizə

    2.Şəxsiyyət vəsiqəsinin surəti

    3.Əmək kitabçasının surəti

    4.Tərcümeyi-hal

    5.Kadrların şəxsi uçot vərəqi

    6.Ali təhsil haqqında dövlət sənədi

    İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra "İctimai Televiziya və Radio Yayımı haqqanda" Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim ediləcək.

     

Yuxarı ^