• “Rəqəmli televiziya və radio yayımı tarifləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

    “Rəqəmli televiziya və radio yayımı tarifləri”nin təsdiq edilməsi barədə

    AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

     

    “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 794 nömrəli Fərmanının 6-cı hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

    “Rəqəmli televiziya və radio yayımı tarifləri” təsdiq edilsin (əlavə olunur).

     

    Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

     

    Bakı şəhəri, 11 may 2016-cı il

                      № 189

     

     

     

     

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 may tarixli

    189 nömrəli qərarı ilə

    təsdiq edilmişdir

     

     

    Rəqəmli televiziya və radio yayımı tarifləri

    Sıra

    №-si

    Xidmətin adı

    Tarif, manatla

    (ƏDV daxil olmaqla)

     

    Rəqəmli şəbəkədə 1 Mbit/saniyə üzrə bir televiziya və ya radio proqramının 1 saat yayımı üçün

    1.

    50 Vt-a qədər, 50 Vt daxil olmaqla

    0,38

    2.

    50 Vt-dan -300 Vt-a qədər, 300 Vt daxil olmaqla 

    0,65

    3.

    300 Vt-dan -1200 Vt-a qədər, 1200 Vt daxil olmaqla

    0,88

    4.

    1200 Vt-dan 3000 Vt-a qədər, 3000 Vt daxil olmaqla

    1,06

    5.

    3000 Vt-dan yuxarı

    1,16

     

     

    Qeyd. Bu tariflərə radiotezliklərdən istifadə üzrə illik istismar haqları daxildir.

Yuxarı ^