• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı Qərarı

    Azərbaycan Respublikası

    Milli Televiziya və Radio Şurası

     

    Qərar 10

    Bakı şəhəri                                                                           27 sentyabr 2016-cı il

     

    Qərar 10:

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası  Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 21-ci bəndini və Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndini rəhbər tutaraq  QƏRARA ALIR:

    1. Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının (AzTV, Mədəniyyət , İdman Azərbaycan, İctimai TV, Lider TV, Space TV, ATV, Xəzər TV, TRT1) analoq yayımı 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımı 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılsın.

    2. Qərarın icrasının həyata keçirilməsi ilə bağlı görüləcək texniki tədbirlər barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət ünvanlansın.

    3. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər  müvafiq qurumlara tövsiyə edilsin.

    4. Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilsin.

     

     

     

Yuxarı ^