• 18 noyabr 2016-cı il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

    İclasda rəqəmli yayıma keçidlə bağlı vəziyyət müzakirə olunmuşdur. Əhalinin rahatlığının təmin edilməsi, analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması işinin asanlaşdırılması məqsədilə respublikanın regionlarında analoq yayımın mərhələli şəkildə dayandırılması məqsədəmüvafiq hesab edilmiş və Milli Televiziya və Radio Şurasının 27 sentyabr 10 saylı qərarında dəyişiklik edeilmişdir. Edilmiş dəyişiliyə əsasən regionlarda analoq yayımın dayandırılmasının 3 mərhələdə həyata keçirilməsi barədə qərar qəbul edilmişdir.

    Qərara əsasən analoq yayımın  I mərhələdə - 01 dekabr 2016-cı il tarixdən Şamaxı Qobustan, Siyəzən,  Şabran, Xızı, Quba, Qusar, Xaçmazda, II mərhələdə - 10 dekabr 2016-cı il tarixdən Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə,  Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda, III mərhələdə - 20 dekabr 2016-cı il tarixdən Şirvan, Salyan, Neftçala, Haciqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulur.

     

     

    Mərhələ

    Analoq TV vericilərin yerləşdiyi

    şəhər və ya rayon

    Analoq TV vericilərin dayandırılma vaxtı

    I

    mərhələ

    1

    2

    3

    4

    5

    6

    7

    8

    Şamaxı

    Qobustan

    Siyəzən

    Şabran

    Xızı

    Quba

    Qusar

    Xaçmaz

    01.12.2016

    II

    mərhələ

    1

    2

    3

    4

    5

    6

    7

    8

    9

    10

    11

    12

    13

    14

    15

    16

    17

    18

    19

    20

    21

    22

    23

    24

    25

    26

    27

    28

    29

    30

    31

    32

    Ağsu

    İsmayıllı

    Kürdəmir

    Zərdab

    Saatlı

    Sabirabad

    Ağcabədi

    Ağdam

    Ucar

    Gəncə

    Samux

    Daşkəsən

    Gədəbəy

    Göygöl

    Şəmkir

    Ağstafa

    Qazax

    Tovuz

    Tərtər

    Naftalan

    Bərdə

    Goranboy

    Mingəçevir

    Yevlax

    Ağdaş

    Göyçay

    Qəbələ

    Oğuz

    Şəki

    Zaqatala

    Balakən

    Qax

    10.12.2016

    III

    mərhələ

    1

    2

    3

    4

    5

    6

    7

    8

    9

    10

    11

    12

    13

    14

    Şirvan

    Salyan

    Neftçala

    Haciqabul

    İmişli

    Beyləqan

    Füzuli

    Cəlilabad

    Biləsuvar

    Lənkəran

    Masallı

    Yardımlı

    Lerik

    Astara

    20.12.2016

     

     

Yuxarı ^