• Radioyayım vasitələrinin texniki istismar QAYDALARI

    Radioyayım vasitələrinin texniki istismar qaydaları – rəhbərlikedici və istiqamətləndirici sənəd olaraq Milli Televiziya və Radio Şurası tərəfindən hazırlanmışdır. Texniki istismar qaydaları iki hissədən ibarətdir. Birinci hissədə səsyazma avadanlığı və radioyayım qurğularına qoyulan tələblər, radioməhsulların istehsalı, qorunması və yayımı zamanı redaksiya personalının, növbəli və növbədənkənar texniki personalın vəzifələri, profilaktika, cari, orta və əsaslı təmirin aparılması zamanı yerinə yetiriləcək işlər, bu işlərin sənədləşməsi haqqında məlumatlar öz əksini tapmışdır. Burada həm də təmir, profilaktika və istismar zamanı istifadə olunan avadanlıqlara qoyulan tələblər haqqında məlumat verilir.  

    İkinci hissə radioməhsulların istehsalı, yayımı üçün istifadə olunan avadanlığın, bu avadanlıqlar vasitəsilə canlandırılan, yayımlanan siqnalların parametrlərinin ölçülməsinə həsr olunmuşdur. Ölçmə zamanı istifadə olunan cihazlar, onların qoşulmasını göstərən struktur sxemlər göstərilmiş, bu sxemlərin iş prinsipi, ölçmədən alınmış nəticələrin işlənmə qaydaları izah olunmuşdur. 

    GİRİŞ

    Azərbaycan Respublikası ərazisində müxtəlif tip radioyayım vericiləri istifadə olunmaqdadır və radioyayım üçün istifadə olunan tezlik diapazonları beynəlxalq normalara uyğunlaşdırılmışdır. Bu isə imkan verir ki, radioyayımın texniki istismar qaydaları da beynəlxalq standartlara uyğunlaşdırılsın. Ona görə də bu qaydalar tərtib olunan zaman bir çox ölkələrin oxşar vəsaitlərindən istifadə olunmuşdur.
    Texniki istismar qaydalarının birinci hissəsində radioyayım, səsyazma və canlandırma vasitələrinə, fonoqramların qorunması və bərpası avadanlığına və otaqlara qoyulan əsas tələbatlar, işçi personalın öhdəsinə düşən vəzifələr izah olunmuşdur.

    Tezlik modulyasiyalı radioyayımın daha keyfiyyətli olduğunu və ona görə də bu tip yayımın daha geniş yayıldığını nəzərə alaraq, kitabda bu modulyasiyalı radiovericilərin parametrlərinin ölçülməsi və təhlilinə daha geniş yer verilmişdir. 

    Qeyd etmək lazımdır ki, UQD-TM radiovericiləri ilə televiziya yayımının səs vericiləri arasında prinsipial fərq yoxdur. Ona görə də UQD-TM vericilərinin parametr-lərinin ölçülməsi haqqında yazılanlar TV səs vericiləri üçün də doğrudur. Yalnız təsvir vericisinin səs vericisində yaratdığı spesifik təhriflər istisnalıq təşkil edir. Vəsaitdə bu tip təhriflərin ölçülməsi öz əksini tapsa da, elə oradaca həmin ölçmənin TV səs vericisinə aid olduğu qeyd olunur.  

    Vəsaitin olması imkan verir ki, bütün radioyayım şirkətləri eyni bir standart üzrə işləsin. Bu həm də səsyazma avadanlığının, fonoteka otaqlarının normaya uyğun fəaliyyət göstərməsinə şərait yaradır. 

    I HISSƏ. RADİOMƏHSULLARIN İSTEHSALI, İŞLƏNMƏSİ, QORUNMASI.  İSTİFADƏ OLUNAN TEXNİKİ VASİTƏLƏRƏ QOYULAN TƏLƏBLƏR

    1.İstifadə olunduğu sahə 


    Radioyayım vasitələrinin (RYV) texniki-istismar qaydaları (TİQ) aşağıdakı fiziki və ya hüquqi şəxslərə şamil olunur:

    • özəl, dövlət-özəl və ictimai radioyayım şirkətlərinə;
    • radioyayımı üçün audiomateriallar hazırlayan təşkilatlara.
    • Bu təlimatla müəyyən olunur:
    • radioyayım materiallarının hazırlanması, formalaşdırılması və buraxılışı üçün istifadə olunan texnoloji avadanlığın istismarı qaydaları;
    • radioyayım verilişlərinin və səsyazmanın hazırlanması, istehsalı və həyata keçirilməsinin əsas prinsipləri;
    • radioyayım vasitələrinin texniki istismarı zamanı işçi personalın qarşılıqlı münasibətləri.

    Texniki–istismar qaydaları tətbiq ounur:

    • radioyayım materiallarının istehsalında;
    • radioverilişlərin hazırlanması və yayımında;
    • təmir və profilaktika işlərində;
    • texniki vasitələrin parametrlərinin ölçülməsi və nəzarətində;
    • texniki bazanın təkmilləşdirilməsində.

    RYV-nin TİQ-i beynəlxalq sənədlərə əsasən tərtib olunmuşdur və radioyayımın həyata keçirilməsi zamanı bu normativ sənədlərə əməl olunması vacib sayılır.

    2.Əsas terminlər

    Səs prosessoru – siqnalı işləyən qurğu.

    Sifarişçi – radioproqramlarının (verilişlərinin) hazırlanması və yayımı, həmçinin ayr-ayrı radioyayım materiallarının yaradılması üçün texniki xidmətlərdən istifadə edən yayım təşkilatı və ya hüquqi şəxs.

    Rəqəmləşdirmə – analoq siqnalının rəqəmli siqnala çevrilməsi.

    Növbəli personal – efir yayımı və səsyazmanı bilavasitə həyata keçirən şəxs.

    Növbədənkənar personal – nəzarət-profilaktika və təmir işlərini həyata keçirən şəxs.

    Birbaşa efir – ilkin səsyazma olmadan real zaman müddətində efirdə iş.

    Radiomaterial (radioməhsul) – radioproqramın ayrıca buraxılışı, proqramın audioyazısının tirajı və ya tirajının bir hissəsi.

    Siqnaloqram – yazılmış informasiyanın siqnalını saxlayan yazı daşıyıcısı.

    Fonoqram – səsyazma nəticəsində alınmış siqnaloqram. 

    Telefon hibridi – telefon xəttini qoşan qurğu.

    Proqramların formalaşdırıcı qurğusu – yazılmış informasiyanın canlandırılması qurğusunun və ya mikrofon gücləndiricisinin girişindən efir aparatının çıxışına qədər olan elektriki  sxem.

    3.Ümumi  müddəalar

    3.1.Radioməhsulların yüksək texniki keyfiyyətlə buraxılışı və istehsalı zamanı radioyayım müəssisələrinin personalının və texniki vasitələrinin fasiləsiz və dəqiq işlənməsini təmin etmək aşağıdakılarla əldə olunur:

    • istehsalın düzgün təşkil edilməsilə;
    • texnologiyanın tələblərinə əməl olunması ilə;
    • texnoloji avadanlıqlara kvalifikasiyalı (peşəkar) xidmət və istifadə ilə;
    • texniki təhlükəsizlik qaydalarına (TTQ) və yanğın təhlükəsizliyi qaydalarına (YTQ) riayət etməklə;

    Avadanlıqlara kvalifikasiyalı (peşəkar) xidmət onun parametrlərinin vaxtlı-vaxtında DÜİST-ə, digər normativ sənədlərə uyğunluğunun yoxlanmasını və eləcə də texniki  baxışları  (nəzarəti) və avadanlıqların təmirini özündə təcəssüm etdirir.

    3.2.Radioyayımın texniki vasitələrinin istismar qaydaları aşağıdakıları nəzərdə tutur:

    • radioyayımın  və səsyazmanın texniki vasitələrinin istismarını;
    • texnoloji avadanlığın qüvvədə olan normativ sənədlərə uyğun olaraq keyfiyyət göstəricilərinə qoyulan  texniki-istismar normalarını;
    • radioyayım avadanlığının göstəricilərinə qoyulan texniki-istismar normalarını;
    • avadanlığın texniki baxışının və təmirinin aparılması müddətini;
    • proqramların formalaşdırılması zamanı texniki və redaksiya işçiləri arasındakı və eləcə də radiokompa-niyaların (RK) texniki-istismar xidmətləri ilə rabitə xidmətləri arasındakı qarşılıqlı münasibətləri.

    3.3.Radioyayımın bütün texniki vasitələri, o cümlədən onun tərkibinə daxil olan radioməhsullar, istehsalının texniki baza kompleksləri normativ texniki qaydalara və mövcud standartlara uyğun olaraq məcburi sertifikatlaşdırmadan keçməlidirlər. Radioməhsulları istehsal edən istənilən texniki vasitə sertifikatlaşdırılmadan istifadəyə yararlı sayıla bilməz. Sertifikat elə sənəddir ki, o texniki bazanın, avadanlığın və ya radioməhsullar istehsalının texniki xidmətinin normativ sənədlərin tələbatına lazımi qaydada uyğunluğunu təsdiq edir.

    3.4.Radioyayımın texniki vasitələrinin fasiləsiz işini təmin etmək məqsədilə hər bir müəssisədə istifadə olunan texnoloji avadanlığın elektrik qidalanmasının, birləşdirici xətlərin və onların kommutasiya sxemlərinin pasportları, həmçinin ehtiyat avadanlıqlardan istifadə etmənin təlimatı olmalıdır.

    3.5.İşçi və ehtiyat fiderlərdə elektrik enerjisinin kəsilməsi zamanı texnoloji avadanlıqların bir hissəsinin avtonom qida mənbələrindən qidalanaraq işləməsi qabaqcadan nəzərdə tutulmalıdır. Yayımın studiyadan aparılmasına və əsas proqramların retranslyasiyasına təminat verilməlidir. 

    3.6.Bütün radioyayım müəssisələrində hər bir işçi yer üçün texniki-istismar, yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik qaydalarına uyğun olan və həmçinin texnoloji avadanlıqlara qoyulmuş texniki tələbata və işin xarakterini nəzərə alan digər konkret şərtlərə uyğun texniki-istismar qaydaları işlənib hazırlanmalıdır.

    3.7.Radioyayımın texniki vasitələrinə xidmət edən bütün işçilər və ya onlardan istifadə edənlər proqramlar yaradılan zaman mövcud TİQ, TTQ və YTQ-yə, texnoloji təlimatlara, DÜST-ə və digər normativ sənədlərə əməl etməlidirlər və onları öyrənməlidirlər.

    3.8.Mövcud TİQ RK-nın texniki personalı, kommunikasiyalardan, texnoloji avadanlıqlardan istifadə edən bütün redaksiya-yaradıcı heyəti  tərəfindən öyrənilməlidir.

    3.9.RK-da tətbiq olunan ölçmə vasitələri ölçmə növünün təsdiqi haqqında sertifikata malik olmalıdır (dövlət reyestrində qeyd olunmalıdır) və eyni zamanda yoxlanmalı və kalibrləşdirilməlidir. RK rəhbərliyi dövrü olaraq ölçmə vasitələrinin yoxlanmasını və kalibrləşməsini xüsusi metroloji xidmətin  köməyilə təmin etməyə borcludur.

    4.Radioməhsulların istehsalının texniki bazasına qoyulan tələblər

    4.1.Radioməhsulların istehsalının texniki bazası öz parametrlərindən asılı olaraq aşağıdakı qruplara bölünür:

    1.Əla qrup «o». Bu qrupa radioməhsulların istehsalında istifadə olunan monofonik və stereofonik rejimlərdə 40 Hs-dən 15 kHs-ə qədər diapazonda işləyə bilən texniki baza aiddir. Onun daxilində iki yarımqrup vardır:

    a) «O a-r» yarımqrupu – radioməhsulların istehsalında istifadə olunan analoq-rəqəm avadanlıqlı kompleksi.

    b)  «O a» yarımqrupu – radioməhsulların istehsalı üçün istifadə olunan analoq avadanlıq kompleksi.

    2.Birinci qrup «1». Bu qrupa radioməhsulların istehsalı üçün istifadə olunan monofonik rejimdə  50 Hs-dən 10 kHs-ə qədər işləyən kompleks aiddir. 

    4.2.Proqramları formalaşdıran traktın (siqnal mənbəyindən xəttə çıxışa qədər olan traktın) əsas parametrlərinə qoyulan normalar cədvəl 1.1.-də verilmişdir. Bu normalar müxtəlif tip və sinif müasir səs avadanlıqlarının əsas texniki xarakteristikalarını nəzərə almaqla və həm də səhvlərin parametrlər üzrə toplanması qanununu əsas tutaraq tərtib olunmuşdur. 

    4.3.Siqnalın səviyyəsini ölçmək üçün «1» və «2» tipli kvazipik səviyyəölçən cihazlardan istifadə olunmalıdır. Siqnalın keyfiyyətinin obyektiv qiymətləndirilməsi zamanı qulaqla eşidilən təhriflər, şıqqıltılar və s. nöqsanlar aşkar edilir.

    5.Radiomaterialların istehsalının təşkili. 

    Texniki və redaksiya personalının vəzifələri

    5.1.Ümumi müddəalar

    5.1.1.Lazımi keyfiyyətli radiomaterialın hazırlanması və efirə verilməsi üçün radioşirkətin rəhbərliyi məsuliyyət daşıyır. 

    5.1.2.Radioşirkətin texniki personalı bu TİQ-in və aidiyyatı olan başqa normativ sənədlərin tələblərinə riayət etməyə borcludur. 

    5.1.3.Proqramların hazırlanması zamanı redaksiya və texniki personalın qarşılıqlı fəaliyyəti bu TİQ-lə müəyyən olunur.

    5.2.Texniki-istismar və redaksiya personalının vəzifələri
    Texniki avadanlıqların normaya uyğun işlədiyi zaman texniki-istimar personalının vəzifələri:

    5.2.1.Növbəli  texniki-istimar personalı iş prosesində TİQ-in tələblərini rəhbər tutaraq bütün texniki avadanlıqların, o cümlədən ehtiyat avadanlıqların işlək vəziyyətdə olmasını yoxlamalıdır. 

    5.2.2.Növbəli texniki-istimar personalına növbə rəisi və ya böyük növbətçi rəhbərlik edir. O, texniki istismar, yanğın təhlükəsizliyi və televiziya və radio müəssisələri üçün nəzərdə tutulan istehsal sanitariyası qaydalarına əməl olunmasına, növbəli personalın bütün  texniki istismar sənədlərinin düzgün aparılmasına cavabdehdir. 

    5.2.3.Növbəli personal uyğun bölmənin rəhbəri tərəfindən tutulmuş, baş mühəndis və ya müəssisə rəhbəri tərəfindən təsdiq olunmuş qrafik üzrə işləyir. 

    5.2.4.Növbəli personal növbəyə başlayan zaman:

    • radioyayım verilişlərinin sutkalıq proqramını yoxlayıb dəqiqləşdirməli, verilişlərin studiyalar və aparat otaqları üzrə və zamana görə bölünməsini öyrənməlidir; 
    • studiya traktları, radioyayım stansiyaları və digər proqram mənbələrinin kommutasiya anlarını qeyd etməlidir; 
    • zahiri müşahidə, qoşulma və lazımi texniki sınaq vasitəsilə əsas və köməkçi avadanlığın saz olmasına əmin olmalıdır; 
    • əsas və köməkçi vasitələr, alətlər və texniki sənədlərin yerində olmasını yoxlamalıdır; 
    • əvvəlki növbənin jurnalda apardığı yazı ilə tanış olmalıdır;
    • növbə başçısına növbənin təhvil alınmasının nəticələri haqqında məlumatlar verməlidir.

    5.2.5.Telefonla göstəriş alan zaman növbə başçısı təhvil-təslim jurnalında qeydiyyat aparmalı, göstəriş verənin və alanın soyadını qeyd etməlidir. 

    5.2.6.Enerji təminatı və xətti-kabel xidməti ilə kabel və rabitə xətlərinin qoşulması haqqında olan danışıqlar növbə başçısı tərəfindən aparılmalıdır. 

    5.2.7.Radioyayımın və ya səsyazmanın başlamasına 45 dəqiqə qalmış bütün təmir və profilaktika işləri dayandırılmalıdır. Bu, qəza baş verən hallara şamil olunmur. 

    5.2.8.Texniki vasitələrin və növbəli personalın işindəki bütün nöqsanlar barədə mərkəzi aparat sexinin növbə başçısı raport tərtib edir, onu texniki nəzarət xidməti ilə razılaşdırır və iş gününün əvvəlində baş mühəndisə və ya şirkətin texniki xidmət rəhbərinə təqdim edir.

    5.2.9.RYV-nin işində fasilələrin yaranması və ya onların texniki-istismar normalarına uyğun olmadan işləməsi texniki vasitələrin normal işinin pozulması adlanır. 

    5.2.10.Texniki vasitələrin normal işinin pozulması zamanı növbətçi personal qısa müddətdə:

    • ehtiyat trakta keçməyə;
    •  nasazlığın səbəbini aydınlaşdırıb, onu tez aradan qaldırmağa; 
    • görülən tədbirlər haqqında rəhbərliyə məlumat verməyə börcludur.

    5.2.11.Radioyayım zamanı texniki dayanma və zay baş verməsinin səbəbləri və şəraiti aydınlaşdırılmalıdır.    

    5.2.12.Radioyayım verilişləri zamanı zədələnmələr və ya avadanlığın sıradan çıxmalarını aradan qaldırmaq üçün növbəli personal ondan asılı olan bütün tədbirləri görməlidir. Nəticə etibarı ilə o, texniki dayanmaları və zayları tam aradan qaldırmalıdır. Əgər onları tam olaraq aradan qaldırmaq mümkün deyilsə, onda onların davametmə müddətlərini maksimal dərəcədə qısaltmalı və verilişin keyfiyyətinə təsirini  azaltmalıdır. Bu zaman verilişin məzmunu, xarakteri və əhəmiyyəti də  nəzərə alınmalıdır. Məsələn, əgər veriliş mətndən ibarətdirsə, onun başa düşülməsinə qısamüddətli dayanmalar təsir edə bilər. Musiqili verilişin isə qısamüddətli kəsilməsi az təsir etdiyi halda, onun gedişi zamanı yaranan uzunmüddətli təhriflər dözülməz ola bilər.   

    5.2.13.Radioverilişləri aparılan zaman yaranmış bütün texniki dayanmaların və zayların səbəbləri aydınlaşdırılmalıdır. Əgər texniki dayanma və zayların səbəbləri aydınlaşdırılmayıbsa, onda onlar növbəli personalın təqsiri ucbatından baş vermiş sayılır.

    5.2.14.Radioyayım (səsyazma) traktında baş vermiş nasazlıqları üzə çıxararkən və aradan qaldırarkən növbəli personal RK-nın baş mühəndisi və ya texniki rəhbəri tərəfindən təsdiq olunmuş texniki dayanma və zayların aradan qaldırılma təlimatı üzrə hərəkət etməlidir.

    5.2.15.Zədələnmələri aradan qaldırdıqdan sonra növbəli personal təmir qrupu ilə birlikdə avadanlığın dəqiq yoxlanmasını aparır və işi əsas trakta keçirir.

    5.2.16.Növbədənkənar personalın avadanlığa texniki xidmət üzrə vəzifələri aşağıdakılardır:

    • TİQ və digər normativ sənədlərə uyğun olaraq lazımi profilaktik baxışları, təmir-tənzimləmə işlərini, radioyayım və səsyazma avadanlığının keyfiyyət göstəricilərinin ölçülməsini, istifadədə olan avadanlığın ayrı-ayrı detalları və qovşaqlarının dəyişdirilməsini həyata keçirmək; 
    • texniki vasitələrin normal işinin bərpasına cavabdeh olan şəxsin tələbi ilə yaranmış zədələnmələrinin aradan qaldırılması işində iştirak etmək; 
    • yeni texnikanın tətbiqi işlərini yerinə yetirmək.

    5.2.17.Aradan qaldırılmış və ya qaldırılmamış nasazlıqlar, bütün təmir işləri haqqında texniki baxış jurnalında ətraflı qeydlər aparılır. Görülən işlər növbə başçısı tərəfindən qəbul olunur və jurnalda bu işə qiymət verilir. 

    6.Səs siqnallarının işlənməsinin texnoloji əməliyyatları

    6.1.Səs siqnallarının işlənməsi özündə müxtəlif texnoloji əməliyyatları birləşdirir ki, bu da səs yayımı kanallarının və traktlarının real imkanları nəzərə alınmaqla radiodinləyiciyə radioyayım verilişlərinin lazımi keyfiyyətlə çatdırılmasına şərait yaradır.

    Texnoloji əməliyyatlar sırasına daxildir:

    • mikrofonların sayı və növlərinin seçilməsi, onların yerləşdirilməsi;
    • nitqin yüksək aydınlılığının təmin edilməsi; 
    • studiyalardan, konsert zallarından və açıq meydançalardan səsyazma istehsalı və radioyayım verilişlərinin aparılması üçün istifadə zamanı siqnalın lazımi parametrlərinin alınması üçün səviyyələrin tənzimlənməsi və qurulması;  
    • xüsusi effektlərdən istifadə olunması (süni reverberasiya, dinamik diapazonun komrpessiyası, tezlik korreksiyası və s.)

    6.2.Radioyayım verilişlərinin canlandırılmasının yüksək keyfiyyətini almaq üçün onların qəbul olunma yerində səs siqnallarının işlənməsi üçün lazımdır:

    • açıq meydançalar və konsert zalları üçün nəzərdə tutulmuş əsərin canlandırılma dinamiki diapazonunu (80 dB-ə qədər) səs yayımı kanalına ötürmək və yaşayış sahəsində eşidilmək üçün lazım olan dinamiki diapazona (40 dB-ə qədər) çevirmək; 
    • akustik və musiqi balansını təmin etmək; 
    • "canlı" efir zamanı və ya səsyazma prosesində yaranan təhrifləri minimuma endirmək; 
    • stereofonik yayımın monofonik yayıma uyğunluğunu təmin etmək; 
    • tematik verilişlərin hazırlanması zamanı nitqin və musiqinin, reklam bloklarının təkrarlanması vaxtı səsin ucalığının optimal balansını saxlamaq.

    6.3.Səsyazma istehsalında və "canlı" bədii, informasiyalı verilişlərin aparılması zamanı səs siqnallarının səviyyəsinin qorunması məsuliyyəti radiofonik işi aparan şəxsin (səs rejissoru, aparıcı və s.) üzərinə düşür. 

    6.4.Musiqili-bədii və ədəbi-dramatik səsyazmalar səs rejissorları tərəfindən həyata keçirilməlidir. Ehtiyac yarandığı zaman səsyazma işində iştirak etmək üçün quruluşçu-rejissor, verilişin redaktoru, müəllif, bəstəkar cəlb oluna bilər. 

    6.5.Təyinatından asılı olaraq səs yayımında siqnalın ölçülməsi üçün DÜİST 21185-ə görə iki növ kvazipik səviyyəli ölçmə cihazları tətbiq olunur.

    6.6.Səs siqnalının səviyyəsinin normada saxlamağa cavabdeh şəxs ölçmədən qabaq ölçü cihazının kalibrləşməsinin düzgünlüyünü yoxlamalıdır.
    Səviyyəni ölçən cihazın kalibrləşməsi onun girişinə tezliyi 1000 Hs və nominal qiyməti bu nöqtədəki maksimal səviyyəyə bərabər olan harmonik siqnal verməklə aparılır. Bu halda səviyyəölçənin həssaslığı elə tənzimlənir ki, onun göstəricisi 0 dB olsun. 
    Aparat mərkəzi və ya elektron aparatının çıxışında ətalətli məhdudlayıcılar qoyulur. Onlar siqnalın səviyyəsi normallaşdırılmış maksimal səviyyədən artıq olduqda işə düşür və sonrakı avadanlığı yüklənmədən qoruyur. Stereotraktda qoyulmuş məhdudlayıcılar ikikanallı olmalıdırlar. 
    Canlı studiya və translyasiya yayımı aparıldıqda yazı və ya yazıköçürmə həyata keçirildikdə məhdud-layıcıdan qabaq qoşulmuş səviyyəölçənin göstərişi 0 dB olmalıdır. Lakin ayrı-ayrı hallarda bu səviyyənin çox qısa müddət ərzində +3 dB artmasına yol verilə bilər. Nəzərə almaq lazımdır ki, bu cür artım rəqəmli yaddaş daşıyıcılarına aid edilməməlidir. Burada hər hansı bir artım yolverilməzdir. 
    Siqnalın minimal səviyyəsi kvazipik səviyyəölçənin aşağıdakı göstəricilərinə uyğunlaşdırılır.

    • musiqi üçün – 25 dB;
    • bədii verilişlərdəki nitq üçün – 14 dB; 
    • digər hallarda – 30 dB.

    6.11.Əgər istifadə olunacaq fonoqramlar üçün səviyyəölçənin minimal göstərişi buraxıla bilən qiymətlərdən fərqlidirsə, onda bu fonoqram texniki nəzarət xidmətinə və ya səsyazma sexinə (qrupuna) yenidən yazılmaq üçün qaytarılmalıdr. 

    6.12.Radioyayım verilişi siqnallarının amplitud məhdudlayıcısının çıxışındakı normal səviyyə 1 dB-dən artıq olmamalıdır. 

    6.13.Mikrafon traktında alçaq tezliklər oblastında akustik və elektromaqnit mənbələrin aradan qaldırılması üçün bu trakta alçaq tezlikləri söndürən süzgəc qoşulmalıdır.

    6.14.Mətnlər diktor tərəfindən bərabər sürətlə və səlis oxunmalıdır. Bu məqsədlə onlar sistematik olaraq məşq etməlidirlər və texniki xidmət bunun üçün texniki şərait yaratmalıdır. 

    6.15.Səslənmənin orta ucalığını və qəbul məntəqəsində siqnal/maneə nisbətini artırmaq məqsədilə mikrofon traktına dinamiki diapazonu daraldan qurğu qoşulması məsləhət görülür. Onun diapazonu daraltması  10 dB və bərpa olunma müddəti 300 ms olmalıdır. 

    6.16.Musiqi və nitqin bir-birini əvəz etdiyi tematik verilişlərdə onların hər ikisinin ucalığını bərabərləşdirmək üçün texniki tədbirlər görülməlidir. 

    6.17.Əgər nitq siqnalı 6.15-də göstərilən kimi işlənirsə, onda musiqinin kvazipik səviyyəsi onunla qarşılıqlı əvəz olunan nitqin səviyyəsindən 3…4 dB az qoyulur. Əksinə, əgər nitq siqnalı 6.15-dəki kimi işlənməyibsə, onda musiqinin kvazipik səviyyəsi normallaşdırılmış qiymətdən 5…6 dB az qoyulur. 

    6.18.Tematik verilişlərdə nitq və musiqi eyni zamanda səsləndikdə musiqili verilişin səviyyəsinin nitqin maksimal səviyyəsindən 15…25 dB az olması məsləhət görülür. 

    6.19.Musiqi və nitqin ucalığı arasındakı, habelə verilişdəki ayrı-ayrı fraqmentlərin (məs, reklam bloku)  ucalığı ilə əsas verilişin ucalığı arasındakı fərq 6 dB və ya ondan böyük olduqda, ucalığın avtomatik tənzimləyi- cisindən istifadə olunması məsləhət görülür.

    7.Radioyayımın texniki keyfiyyətinin qiymətləndirilməsi

    7.1.
    Ümumi müddəalar 

    7.1.2.Radioməhsulların keyfiyyətinin əsasını texniki və texnoloji keyfiyyət təşkil edir.

    7.1.3.Radioməhsulun texniki keyfiyyəti dedikdə avadanlıqların tam işlək vəziyyətdə olması, onların parametrlərinin DÜİST və normativ sənədlərdə göstərilən parametrlərə uygun olması nəzərdə tutulur. Texniki avadanlıqların tam işlək olması üçün məsuliyyəti radioyayım şirkətinin baş mühəndisi daşıyır. 

    7.1.4.Radioməhsulun texnoloji keyfiyyəti dedikdə TİQ-ə tam əməl olunma nəzərdə tutulur. Texnoloji keyfiyyət üçün bütün radioyayım şirkəti məsuliyyət daşıyır.

    7.1.5.Radioyayımın ümumi texniki keyfiyyətinə Milli Televiziya və Radio Şurası nəzarət edir.

    7.2.Radioməhsulların istehsalı və radioyayımı zamanı texniki avadanlıqların keyfiyyət pozuntularının siniflərə bölünməsi

    7.2.1.İş zamanı yaranan texniki pozuntular siniflərə  bölünür:

    • texniki dayanma;
    • zay məhsul (keyfiyyətin aşağı düşməsi və texniki normalardan kənara çıxmalar).

    7.2.2.Texniki dayanmalara aşağıdakılar aiddir: səsin kəsilməsi, səsin keyfiyyətinin elə aşağı düşməsi ki, bu zaman dinləyici səsi və musiqini seçə bilmir, müxtəlif kənar səslərin daxil olması. 

    7.2.3.Texniki çatışmamazlıq nəticəsində verilişin keyfiyyətinin hiss olunacaq dərəcədə pisləşməsindən yaranmış qüsurlu radioməhsula zay radioməhsul deyilir. Zayların baş verməsi aşağıdakı formalarda ola bilər:

    • verilişin maksimal səviyyəsinin məhdudlayıcıdan sonra 6 dB-dən çox azalması və ya 1 dB artması; 
    • verilişin bir dəqiqədə 3 dəfədən çox itməsi; 
    • stereokanalların yerləşməsinin pozulması;

    7.3.Radioyayım texnologiyasındakı pozuntuların sinifləşdirilməsi

    7.3.1.Aşağıdakı pozuntular ola bilər:

    • verilişin pozulması;
    • verilişin gecikməsi;
    • zay.

    7.3.2.Verilişin pozulmasına aiddir:

    • yazının səhvən maqnitsizləşdirilməsi nəticəsində proqramda nəzərdə tutulmuş verilişin ləğv edilməsi; 
    • materialın vaxtında çatdırılmaması.

    7.3.3.Verilişin gecikməsinə aiddir:

    • diktor və aparıcının gecikməsi nəticəsində verilişin başlanmasının yubanması, verilişlər arasında 10 san-dən artıq fasilələrin olması;
    •  verilişin xronologiya üzrə düzülməsinin proqramda nəzərdə tutulmuş vaxtdan artıq olması.

    7.3.4. Zaylara aiddir:

    • say və vaxtın düzgün elan edilməməsi;
    •  efirdə kənar sözlər; 
    • texniki qüsuru olan fonoqramlardan istifadə olunması; 
    • mətn və vokal verilişlərin bir-biri ilə əvəz olunduğu zaman mətnin bir hissəsinin efirdə səslənməməsi; 
    • informasiya proqramının üzərinə 10 san-dən artıq müddət ərzində musiqi tərtibatının düşməsi; 
    • mikrofonların düzgün qoşulmaması və s.

    7.4.Verici vasitələr və səs yayımının şəhərlərarası kanallarında pozuntuların sinifləşdirilməsi

    7.4.1.Səs yayımının şəhərlərarası kanallarında pozuntular aşağıdakı kimi sinifləşdirilir.

    • texniki dayanma (fasilə);
    •  zay (zədələnmə).

    7.4.2.Texniki dayanmalara aiddir:

    • siqnalın tam itməsi və ya mənbədən verilən səviyyədən 8 dB azalması;
    •  kanalın işinin pozulması, bu zaman veriliş tamamilə itmir, lakin böyük təhriflər, gurultular, son keçid maneələri nəticəsində, habelə tez-tez - bir dəqiqədə üç dəfədən artıq baş verən qısa müddətli kəsilmələr hesabına veriliş anlaşılmaz olur.

    7.4.3.Zaylara aiddir:

    • siqnalın ilkin səviyyəsinin 6 dB-dən 8 dB-ə qədər azalması;
    • verilişn bir saniyədən artıq müddət ərzində dəqiqədə altı dəfədən artıq yoxa çıxması; 
    • stereoveriliş zamanı kanallardan birində siqnalın itməsi, balansın pozulması və birgəliyin olmaması.

    7.4.4.Radioyayım stansiyalarının işinin pozulması aşağıdakı iki qrupa bölünür:

    • texniki dayanma (fasilə);
    • zay (keyfiyyətin aşağı düşməsi və ya parametrlərin qoyulmuş texniki normalardan fərqlənməsi).

    7.4.5.Radioyayım stansiyalarının texniki dayanmalarına aiddir:

    • radiovericinin işçi tezlikdə olmaması və ya onun qrafikə uyğun olmadan antennaya işləməsi;
    • radiovericinin sönməsi;
    • UQD-TM, orta və uzundalğalı radiovericilərin gücünün öz nominal qiymətindən 50 %, qısa dalğalı radiovericilərin isə 30 % aşağı düşməsi;
    •  müəssisədən asılı olan səbəbdən modulyasiyanın kəsilməsi və ya modulyasiya əmsalının 30 %-dən çox aşağı düşməsi; 
    • radiovericinin proqrama uyğun olmayan cədvəl üzrə işləməsi;
    • radiovericinin yayım proqramına vaxtında qoşulmaması və ya açılmaması;
    •  verilişin tamamilə kəsilməsinə gətirməyən, lakin onu dinlənilmək üçün yararsız edən pozuntuların (böyük təhriflərin, fonların, gurultuların, qısamüddətli çoxsaylı açılmaların) yaranması;

    7.4.6.Radioyayım stansiyalarında baş verən zaylara aiddir:

    • müəssisədən asılı olan səbəbdən maksimal modulyasiya əmsalının 30 % aşağı düşməsi; 
    • UQD-TM, orta və uzundalğalı radiovericilərin nominal gücünün öz qiymətindən 20…50 %, qısa dalğalı radiovericilərin isə 20…30 % aşağı düşməsi;
    •  baxılan radioverici üçün gurultu və fonun səviyyəsinin qoyulmuş normadan 10 dB artıq olması; 
    • verilmiş radiovericinin traktında təhriflərin olması və kənar səslərin verilişin üstünə düşməsi (əgər bu fəsadlar  verilişin aydınlığını pozmursa);
    • UQD-TM vericisinin stereoproqram verilən halda «mono» rejimində işləməsi.

    8.Fonoqramların qorunması

    8.1.
    Fonoqramların təsnifatı

    8.1.1.Fonoqramların təsnifatı bir sıra əlamətlərə görə aparıla bilər:

    • yazı daşıyıcısının növünə görə;
    • səs siqnallarının yazılma üsuluna görə;
    • yazının növünə (formasına) görə.

    8.1.2.Yazı daşıyıcısının növündən asılı olaraq fonoqramlar aşağıdakılara bölünürlər:

    • lentli;
    • diskli.

    8.1.3.Səs siqnallarının yazılma üsulundan asılı olaraq fonoqramlar aşağıdakılara bölünürlər:

    • maqnit;
    • maqnit-optik; 
    • optik.

    8.1.4.Yazının növündən (formasından) asılı olaraq fonoqramlar aşağıdakılara bölünürlər:

    • analoq;
    • rəqəmli.

    8.1.5.Bundan başqa, fonoqramlar əlavə olaraq aşağıdakı kimi sinifləşdirilə bilərlər:

    • hazırlanma yerinə görə – şəxsi və ya alınma;
    • qorunma müddətinə görə – operativ (1 aya qədər), müvəqqəti (3…5 il) və müddətsiz (fond).

     8.1.6.Fonoqramın markalanması zamanı aşağıdakı məlumatlar göstərilə bilər:

    • fonoqramın mono və ya stereo olması, sıra nömrəsi, fonoqram qorunan qutunun tip ölçüsü, yazının xarakteri və ya janrı, yazı ili, səs daşıyıcısının hərəkət sürəti, maqnitləşmə səviyyəsi.

    8.1.7.Sistemin seçilməsi zamanı bütün işarələri qoymaq məcburi deyildir, lakin fonoqramın markalan- masına nə qədər çox işarə qoyularsa, lazımi fonoqramın seçilməsi bir o qədər operativləşər və asanlaşar.

    8.1.8.Fonoqramlar aşağıdakı növlərə bölünürlər:

    • ilkin fonoqram. Belə fonoqram səs siqnallarının ilkin mənbədən (orijinaldan) yazılması ilə alınır; 
    • ilkin fonoqramın yenidən yazılması nəticəsində alınan fonoqram (fonoqramın surəti).

    8.2.Fonoqramların sənədləşdirilməsi və səsyazma texnologiyası

    8.2.1.Etiketlər, qoşma sənədlər (pasportlar, bədii-texniki şuranın protokolları, bildirişlər) daxil olmaqla fonoqramların sənədləşdirilməsi yazma operatoru və ya redaktor tərəfindən həyata keçirilir. Çox iri RK – da səs yazılarının həcmi böyük olduqda fonoqramların sənədləşdirilməsi xüsusi seçilmiş şəxs tərəfindən həyata keçirilir.

    8.2.2.Bədii şura tərəfindən qəbul olunub saxlanmağa göndərilən orijinal fonoqram əvvəlcə surətinin çıxarılmısı üçün səsyazma aparatına verilir. Yazı operatoru tərəfindən dinlənildikdən və sənədləşdirildikdən sonra bütün surətlər orijinal ilə birlikdə fonotekaya təhvil verilir.

    8.2.3.Hal-hazırda tam analoq və ya tam rəqəmli səsyazma nadir hallarda istifadə olunur. Çox zaman analoq-rəqəm səsyazması tətbiq olunur. Burada elektron gücləndiriciləri və tənzimləyiciləri analoq formada, yazı-canlandırma və montaj qurğuları rəqəmli olur. Analoq maqnit yazısı zamanı təhriflərin və gurultuların səviyyəsi yüksək olur. Ona görə də bu texnoloji prosesin rəqəmli formaya keçirilməsi verilişin keyfiyyətini yaxşılaşdırır. Lakin həm analoq, həm də rəqəmli qurğuların istifadə olunması zamanı onların qovuşma qurğularında keyfiyyətin aşağı düşməsinə yol verməmək tələb olunur.

    8.2.4.Siqnalın rəqəmli yazılışı zamanı analoq-rəqəm konvertorunun girişində siqnalın səviyyəsi 0 dB-dən artıq olmamalıdır. Siqnalın səviyyəsinin təsadüf üzündən artmasının qarşısını almaq üçün prosessorun və rəqəmli maqnitofonun girişində ehtiyat dinamiki diapazondan istifadə olunur.

    8.2.5.Rəqəmli səsyazma sistemlərinin müxtəlif variantları istifadə oluna bilər. Personal kompyüter bunlardan ən universalıdır. Bu sistemin giriş-çıxış interfeysi və proqram təminatı olmalıdır. 

    8.3.Fonoqramların təhvil verilməsi, saxlanması və daşınması

    8.3.1.Fonoqramların qəbulu, təhvil verilməsi və saxlanması işlərinin təşkili üçün bütün radioyayım təşkilatlarında fonoqram şöbələri (fonotekalar) yaradılır. 

    8.3.2.Fonotekaların üzərinə aşağıdakı işləri yerinə yetirmək məsuliyyəti düşür:

    • fonoqramların saxlanılması üçün lazımi şəraitin yaradılması və ona riayət edilməsi üçün tədbirlərin görülməsi;
    • baş redaksiyaların sifarişinə uyğun olaraq RK- nın texniki və yaradıcı xidmətlərinin fonoqramlarla təmin edilməsi və onların aparat şöbəsinə vaxtında çatdırılması, eləcə də fonotekaya qaytarılması  (dispetçer xidməti olduqda fonoqramların aparat şöbəsinə çatdırılması və fonotekaya geri qaytarılması  bu dispetçer xidmətinə həvalə olunur);
    • saxlanmaq üçün yenidən hazırlanmış və digər təşkilatlardan alınmış fonoqramların vaxtında qəbulunun təmin edilməsi;
    • RK-nın xidmətlərinin və baş redaksiyalarının informasiya-məlumat materialları ilə təmin edilməsi;
    • müəlliflərə, janrlara və s. görə fonotekanın sistemləşdirilməsi;
    • fonoqramların qəbulu və verilməsinə görə sənədlərin rəsmiləşdirilməsi və qeydiyyatının təşkili;
    • RK-da, digər səsyazma və radioyayım təşkilat-larında orijinal fonoqramların surətlərinin hazırlanması üçün sifarişlərin vaxtlı-vaxtında rəsmiləşdirilməsi hesabına fonoqram fondunun yeniləşdirilməsi;
    • saxlanma müddəti keçmiş, mənəvi köhnəlmiş və texniki cəhətdən yayıma gərəksiz olan fonoqramların məhv olunmaq üçün (daxili tələblərə uyğun olaraq) verilməsi;
    • texniki xidmətlər vasitəsilə yenidən səsyazmanın və eləcə də (daxili qaydalara uygun olaraq) texniki cəhətdən köhnəlmiş, lakin böyük bədii və tarixi əhəmiyyətə malik fonoqramların bərpası və restavrasiyası işinin təşkili.

    8.3.3.Fonoqramların saxlanması üçün lazımi şəraitin yaradılması və gözlənilməsi üzrə texniki məsələlərin həllinə nəzarət, fonetikanın professional səsyazma-canlandırma qurğularının, nəzarət

    • akustik aqreqatlarının, havanın parametrlərinə nəzarət edən qurğuların profilaktikasının aparılması RK-nın texniki xidmətinin rəhbərliyinə həvalə edilir və bu texniki avadanlıqların profilaktikası fonoteka rəhbərliyi ilə razılaşdırılmış qrafik üzrə aparılır.

    8.3.4.Fonoqramlarla əlaqədar işlərin təşkilinə görə 8.3.2. əlavələrində sadalanan tədbirlərin aparılmasına nəzarət teleradiofonda, fonoqram şöbəsinə və ya  fonetikaya məsul olan şəxsə həvalə olunur.

    8.3.5.Hər bir konkret fonoqramın yenidən yazılmasının lazımlılığı haqqında qərar onun vəziyyətinin hərtərəfli öyrənilməsindən sonra qəbul edilməlidir. Periodik olaraq ən qiymətli fonoqramların vəziyyətinin yoxlanılmasına baxış keçirmək məsləhət görülür.

    8.4.Fonoqramların saxlanmasının şərtləri və qaydaları
    Fonoqramların saxlanması üçün RK fonotekalar -  xüsusi otaqlar ilə təchiz olunur ki, burada aşağıdakı şərtlərə riayət olunmalıdır:

    • əsas fondun saxlanması üçün nəzərdə tutulan otaqlarda (uzunmüddətli saxlanma otaqlarında) pəncərə olmamalıdır. Fonoqramların operativ saxlanması (işçi fonoteka) təbii işıq düşən otaqlarda həyata keçirilə bilər, lakin bu otaqlara birbaşa günəş şüaları düşməməlidir;
    • otaqların işıqlanması hamar səthə malik plafonlu gündüz işığı lampaları ilə həyata keçirilməlidir;
    • saxlanma otaqları tozdan mühafizə olunmalıdır. Saxlanma otaqlarında texniki və redaksiya pesonalının daimi işləməsi məsləhət görülmür. Xidmətedici personal saxlanma otaqlarına yalnız xüsusi ayaqqabıda və xalatda buraxılmalıdır;
    • döşəmənin, divarların və tavanın üz materialları toz yığan olmalı və bu otaqlarda toz mənbəyi olmamalıdır;
    • fonoteka otaqlarında periodik olaraq aşağıdakı təmizlik işləri aparılmalıdır:

    1)quru toz təmizləmə işləri  (tozsovuranla) rəflər, fonoqram qutuları – ayda bir dəfə;
       tavan, divar və plafonlar – həftədə bir dəfə;

    2)döşəmənin nəm yığışdırılması  - hər gün.

    • ətraf havanın tozluluğu 0,75 mq/m3 həddini aşmamalıdır;
    • əsas fondda, fonoqramların uzun müddət saxlandığı otaqlarda havanın kondisionerləşdirilməsi nəzərdə tutulmalıdır;
    • bütün kondisionerləşdirilmiş otaqlarda havanın nisbi rütubəti  (60 ± 5) % olmalıdır;
    • optimal saxlanma şərtləri aşağıdakı temperaturlarda təmin olunur:

    a)Orijinal fonoqramların saxlandığı otaqlarda – (12±3)0 Selsi.

    b)Orijinal fonoqramların surətlərinin saxlandığı otaqlarda – (15±3)0 Selsi.

    9.1.Cari texniki xidmət

    9.1.1.Cari texniki xidmətə texniki avadanlıqların texniki istismar personalı tərəfindən baxılması, yoxlanması və jurnalda parametrlər barədə qeydlər edilməsi aiddir.
    9.2.2.Gündəlik texniki baxışı həyata keçirən növbətçi personalın vəzifə borcu aşağıdakılardır:

    • texnoloji otaqların klimatik vəziyyətinin yoxlanılması (temperatur, nəmlik, ventilyasiya sistemi);
    • hər 3 fazada qida gərginliyinin normal olduğunun yoxlanılması;
    • avadanlıqların qızan hissələrinin temperatur-larının yoxlanılması.

    9.2.Dövrü planlı profilaktiki texniki xidmət

    9.2.1.Avadanlıqların planlı-profilaktik xidməti ilə birlikdə kiçik-dövrü təmiri nəzərdə tutulur.

    9.2.2.Planlı texniki baxış hər rübdə bir dəfədən gec olmayaraq həyata keçirilir. Bu zaman aşağıdakılara baxılır:

    • avadanlıqlar müxtəlif qırıntılar və tozlardan təmizlənir;
    • maqnitafonların iş prosesi zamanı maqnitləşmiş qovşaqları maqnitsizləşdirilir;
    • maqnit başlıqları və ekranları maqnit tozları və kiçik maqnit lentlərindən təmizlənir;
    • maksimal diametrli rulonun sarınma müddəti yoxlanılır;
    • avtomatika və müdafiə cihazlarının, rabitə və siqnalizasiya qurğularının, nəzarət-ölçü cihazlarının, relelərin, açarların, ştekkerlərin, ştekker yuvalarının, qoşquların baxışı, yoxlanması, təmizlənməsi və tənzimlənməsi;
    • lazım olan hallarda qoruyucuların, naqillərin, açarların, qoşquların linzaların, relelərin, siqnal lampalarının dəyişdirilməsi;
    • sıradan  çıxmış və ya öz xarakteristikalarını dəyişdirmiş elektron cihazlarının və başqa radiokomponentlərin dəyişdirilməsi;
    • plata, çərçivə və yuvaların yoxlanması, bərkidilməsi;
    • avtomatik və yarımavtomatik ehtiyatlanma qurğularının yoxlanması;
    • nəzarət qurğularının akustik parametrlərinin yoxlanması.

    9.3.Orta təmir

    9.3.1.Planlı profilaktiki xidmət və aparılan cari təmir birlikdə kifayət etmədikdə, yəni avadanlığın saz vəziyyətə gətirilməsinə yol vermədikdə orta təmir aparılır. 

    9.3.2.Orta təmir zamanı aşağıdakılar yerinə yetirilir.

    • növbəli personalın iştirakı ilə avadanlıqlardakı nasazlıqlar və bu nasazlıqları doğuran səbəblər aşkarlanır;
    • funksional modullarda sıradan çıxmış radio və mexaniki detallar yeniləri ilə əvəz olunur;
    • xidmət müddəti və sonuncu əsaslı təmirdən keçən müddət qeyd olunur;
    • əsas detal, qovşaq və ayrı-ayrı cihazlardan texniki tələblərə cavab verməyənlərin və köhnəlmişlərin yenisi ilə əvəz olunması;
    • blok, bloklararası və stansiya montajlarının, naqillərin, kabellərin yenisi ilə əvəz olunması;
    • istismarda olan avadanlığın avtomatlaşdırılması və etibarlılığının yüksəldilməsi ilə bağlı işlər;
    • avadanlığın təkmilləşdirilməsi, onun element bazasının yaxşılaşdırılması ilə bağlı işlər; 
    • avadanlıq və aparatların rənglənməsi.

    9.4.Ölçmə vasitələrinə qoyulan əsas tələblər

    9.4.1.Radioyayım şirkətinin metroloji xidməti həmin şirkət tərəfindən hazırlanmış  əsasnamə üzrə fəaliyyət göstərir. Bu əsasnamə onun məqsədini, vəzifələrini, strukturunu və vəzifəli şəxslərinin hüquqlarını müəyyən edir.

    9.4.2.İşin həcmindən asılı olaraq, metroloji xidmətin strukturu və ştat cədvəli radioyayım müəssisəsinin rəhbəri tərəfindən müəyyən olunur. Metroloji xidmət və onun bölmələri müəssisənin texniki rəhbərinə tabedir.

    9.4.3.Metroloji xidmətin əsas vəzifələri aşağıdakılardır:

    • ölçmələrin vahidliyi və lazımi dəqiqliyini təmin etmək;
    • ölçmə vasitələrinin yoxlanmasını aparmaq və ölçülən parametrlərin və metroloji xarakteristikaların sayını müəyyən etmək;
    • ölçmə vasitələrinin təmirini vaxtlı-vaxtında təşkil etmək və onların düzgün istismarını həyata keçirmək;
    • radioyayım müəssisəsinin avadanlığının sertifikatlaşdırılması ilə bağlı metroloji işləri təşkil etmək;
    • istismarda olan avadanlığın profilaktika işləri zamanı nəzarəti həyata keçirmək;
    • metroloji hazırlıq işlərini təşkil etmək və təmir və istismar xidməti işçilərinin hazırlıq səviyyələrinin artırılmasını həyata keçirmək. 

    9.4.4.Radioyayım şirkətində istifadə olunan ölçmə vasitələrinin sertifikatı olmalı və kalibrləşdirilməlidir.

    9.4.5.Ölçmə vasitələrinin yoxlanması tərtib olunmuş illik qrafikə əsasən aşağıdakı bəndlər üzrə yerinə yetirilir:

    • avadanlıqlarda, stansiya kabellərində, elektrik naqillərində təmir, qismən əvəzetmə işləri;
    • avadanlığın keyfiyyət göstəricilərinin yoxlanması, onun ayrı-ayrı blokları və qovşaqlarının mexaniki və elektron köklənməsi;
    • torpaqlayıcı qurğuların müqavimətlərinin yoxlan- ması və tələb olunan səviyyədə saxlanması;
    • panellərin, korpusların, karkasların qismən rənglənməsi, pozulmuş nömrə və yazıların bərpa olunması.

    9.5.Əsaslı təmir

    9.5.1.Əgər avadanlığın köhnəlmiş hissəsi cari və ya orta təmirlər zamanı bərpa oluna bilmirsə və ya avadanlıq təkmilləşdirilirsə, bu zaman əsaslı təmir aparılır.

    9.5.2.Əsaslı təmir zamanı aşağıdakılar yerinə yetirilməlidir:

    • Avadanlığın binanın və qurğuların əsaslı təmir planı aidiyyatı şöbələr tərəfindən tutulur və müəssisə rəhbəri tərəfindən təsdiq olunur.
    • Əsaslı təmir planı tutulan zaman avadanlığın texniki vəziyyəti, onun istifadə olunma dərəcəsi, sonuncu təmirdən keçən müddət qeyd olunur. Yoxlama qrafiki radioyayım şirkətinin texniki direktoru tərəfindən təsdiq  olunur və Milli Televiziya və Radio Şurası tərəfindən bu qrafikə riayət olunması yoxlanılır.
    • Köhnəlmiş və texniki tələblərə cavab verməyən detallar, qoşaqlar, bloklar və ayrı-ayrı cihazlar yenisi ilə əvəz olunur.
    • İstifadədə olan avadanlığın avtomatlaşdırılması və onun etibarlılığının artırılması ilə bağlı işlər yerinə yetirilir.
    • Konstruksiyaların təkmilləşdirilməsi, yarımkeçiri- ci cihazların dəyişdirilməsi ilə sxemlər daha təkmilləri ilə əvəz olunur.

    9.6.Texniki-istismar sənədlər

    9.6.1.Hər bir radioyayım müəssisəsində aşağıdakı texniki-istismar sənədlər olmalıdır: 

    • proqram və texniki xidmətlərin qarşılıqlı əlaqə qaydaları;
    • TTQ;
    • mülki müdafiə və YTQ;
    • radiomərkəzin istismar layihəsi və aktı;
    • adiomüəssisənin işçilərinin və şöbələrinin vəzifə borcları;
    • təhlükəsizlik texnikası üzrə imtahan jurnalı;
    • təlimat jurnalı;
    • avadanlıqlarda, stansiya kabellərində, elektrik naqillərində təmir, qismən əvəzetmə sənədləri;
    • avadanlığın keyfiyyət göstəricilərinin yoxlanması, onun ayrı-ayrı blokları və qovşaqlarının mexaniki və elektron köklənməsi sənədləri;
    • torpaqlayıcı qurğuların müqavimətlərinin yoxlanması və tələb olunan səviyyədə saxlanması aktı;
    • panellərin, korpusların, karkasların qismən rənglənməsi, pozulmuş nömrə və yazıların bərpa olunması sənədləri.

    9.6.2.Hər bir bölmənin növbətçi personalının aşağıdakı sənədləri olmalıdır:

    • vəzifə təlimatları;
    • təsdiq olunmuş texniki – istismar jurnalı;
    • texniki vasitələrin iş cədvəli və növbə qrafiki;
    • istimar üzrə operativ göstərişlər jurnalı;
    • ehtiyat bloklar, qovşaqlar, detallar və b. siyahısı;
    • hər bir istifadə olunan aparat üçün texniki pasport;
    • profilaktik işlər və ölçmələrin qrafiki;
    • təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi təlimatları.

    9.6.3.Radioyayım müəssisəsində aşağıdakı ilkin istismar formaları olmalıdır:

    • növbənin təhvil-təslim jurnalı;
    • iş jurnalı (nasazlıqlar üzrə);
    • profilaktika və ölçmələr jurnalı;
    • fonoqramlar üçün əlavə kartoçka;
    • fonoqramın texniki vəziyyəti üçün akt;
    • stasionar və səyyar texniki vasitələrin jurnalı.

    9.6.4.Proqramların formalaşdırılması aparat otağında texniki–istismar qeydiyyatı jurnalının doldurul-ması. Bu jurnal aparat otağının rəhbəri tərəfindən doldurulur.
    Xüsusi qrafada yazılır:

    • avadanlığın qoşulması və söndürülməsi vaxtı və tarixi;
    • verilişin rejissorunun soyadı;
    • efirin və başqa işlərin başlanması və başa çatması vaxtı;
    • işin növü;
    • texniki vasitələr – səsyazma və canlandırma qurğuları, siqnalı işləmə qurğuları, mikrafonlar və s.

    9.6.5.İş jurnalında aparat otağında yerinə yetirilmiş təmir işlərinin qeydiyyatı aparılır:

    • blokların və qurğuların texniki sıradançıxmaları və dayanmaları;
    • nasazlığın yaranma səbəbləri;
    • nasazlığın aradan qaldırılma üsulu;
    • təmir üçün istifadə olunan detal və materialların siyahısı;
    • avadanlığın təmiri və qəbul edilməsi üçün məsul olan şəxsin imzası;

    9.6.6.Təhvil-təslim jurnalı növbəli personal işləyən aparat otaqlarında olur. Bu jurnalda aşağıdakılar qeyd olunur:

    • avadanlığın təhvil-təslim vaxtı;
    • avadanlığın işlək olub-olmaması haqqında qeydlər;
    • təhvil zamanı qarşıya çıxan çatışmamazlıqlar;
    • növbə başçılarının imzaları. 

    9.7.Plan-qrafikin tərtib olunması qaydaları və 
    texniki baxışın periodu

    9.7.1.Texniki illik plan-qrafik avadanlıqların, qurğuların və konstruktiv elementlərin əsas növləri üçün tərtib olunur.

    9.7.2.İllik plan-qrafik tərtib olunduqda avadanlıq özünün əsas böyük qovşaqlarına bölünür.

    9.7.3.Avadanlığın hər bir əsas böyük qovşaqlarındakı kiçik elementlər ayrı-ayrılıqda qeyd olunur.

    9.7.4.İllik plan-qrafik əsasında texniki   baxışların, elektriki ölçmələrin, sınaqların və cari təmirin aylıq planı tərtib olunur, buradakı işin növü, həcmi və icraçıları göstərilir.

    9.7.5.Texniki baxışların və cari təmirlərin periodikliyi onların bu periodlararası müddətdə saz işləməsinə imkan verməlidir.

    9.7.6.Hər bir elementin və ya qovşağın baxış periodları əldə olunmuş təcrübə və həmin element və ya qovşağı hazırlayan zavodun tövsiyyəsinə uyğun tərtib olunur.

    9.7.7.Güc avadanlığı və akkumlyator qurğularının texniki baxışının keçirilmə qaydasını tərtib etdikdə TİQ TTQ-yə əsaslanmaq vacibdir. 

    II HISSƏ. SƏS YAYIM SIQNALLARI VƏ UQD-TM RADIOYAYIM VERICILƏRININ  PARAMETRLƏRININ ÖLÇÜLMƏSI

    1.Ümumi tələblər

    Bu bölmədə müxtəlif RYV üçün əsasən eyni olan səs  kanalının əsas parametrlərinin müəyyən olunması və onların ölçülmə metodları verilmişdir.
    Ölçü vasitələri:

    • dəyişən gərginlik  voltmetri;
    • detektorlamanın kvadratik xarakteristikalı dəyişən gərginlik voltmetri;
    • universal rəqəmli  voltmetr;
    • selektiv voltmetr;
    • psofometr;
    • səviyyə indiqatoru;
    • səs tezlikli generator;
    • əyri-xətti təhrifləri ölçən cihaz;
    • alçaq tezlikli spektral analizator;
    • UQD - TM yayım  radiovericilərinin parametrlərinin keyfiyyətini ölçən cihaz;
    • simmetrikləşdirici transformator;
    • səviyyənin selektiv göstəricisi;
    • fon maneəsini ölçən süzgəc;
    • tezlikölçən;
    • TV vericilərinin parametrlərini ölçən cihaz;
    • TV ölçü siqnalları generatoru.

    Göstərilən cihazlar ölçmənin lazımi bəndlərini və dəqiqliyini təmin edə bilən digər cihazlarla əvəz edilə bilər.

    2.Səs siqnalının parametrlərinin ölçülməsi

    2.1.Səs siqnalının kvazipik səviyyəsinin ölçülməsi.
    Bu səviyyə şəkil 2.1-dəki sxem üzrə ölçülür. Səs siqnalı  gərginliyinin amplitud qiymətləri millivoltlarla təyin edilir. Həmçinin normal səviyyəyə görə desibellə (faizlə) də ölçülə bilər. Səviyyə indiqatoru kanalın çıxışına qoşulmazdan əvvəl kalibrləşdirilməlidir. İndiqatorun kalibrləşdirilməsi üçün girişə səs tezlikli generatorlardan səviyyəsi səs siqnalının maksimal səviyyəsinə bərabər 1000 (800) Hs tezlikli harmonik siqnal verilir (səviyyəyə dəyişən gərginlik voltmetri ilə nəzarət edilir). İndiqatorun həssaslığı elə tənzimlənir ki, onun göstəricisi 0 dB (100%) olsun.

    Səviyyə indiqatorunun minimal göstəricisi (pauza istisna olmaqla) verilişlərin  növünə görə dB ilə ifadə olunmuş aşağıdakı göstəricilərdən az olmamalıdır:

    • musiqi verilişləri :      – 25
    • bədii nitq verilişləri:  – 14
    • məlumat verilişləri:   – 10

    Göstərilən qiymətlərin 5 s-dən artıq olmamaqla qısa müddətli aşağı düşməsi qəbahət sayılmır. İndiqatorun maksimal göstəricisi dəqiqədə 3 dəfədən artıq olmamaqla 3 dB-ni aşmamalıdır.

    RYV-nin girişində parametr standart səviyyə indiqatorunun köməyi ilə ölçülür.

    2.2.Səs siqnalının daşıyıcı tezliyinin maksimal  deviasiyasının ölçülməsi.

    Bu deviasiya 2.2-ci şəkildə göstərilən struktur sxem üzrə ölçülür və modulyasiya olunmuş radiosiqnalın tezliyinin modulyasiya olunmamış daşıyıcı tezliyinə nisbətən mütləq dəyişməsi kimi təyin edilir. Ölçü zamanı vericinin modulyatorundakı  zaman sabiti τ=50 mks olan təhriflər dövrəsi qoşulmuş vəziyyətdə olmalıdır.



    Şəkil 2.2.Səs  siqnalının daşıyıcı tezliyinin maksimal deviasiyasının  ölçülməsi sxemi.

    Vericinin girişinə səs tezlikli generatordan tezliyi 1000 (800) Hs, səviyyəsi 0 dB (0, 75 mV) olan sinusoidal siqnal verilir.

    2.3.Radiovericinin səs kanalının çıxış gücünün ölçülməsi.

    Onun pik qiyməti kVt-la ölçülür. Antenna  ekvivalentində kalorimetrik  metodla təyin edilir.  Nəticə 

    Pçıx=V(t2-t1)/14,4  (2.1)

    düsturu ilə hesablanır. Burada V-antenna ekvivalentindən axan suyun miqdarı, l/dəqiqə; t1 və t2 – daxil olan və çıxan suyun temperaturudur (oC ilə). Ölçmə daşıyıcı tezlik rejimində (modulyasiya olmayan zaman) aparılır.

    Qeyd edək ki, TV radiovericisinin səs müşayiəti kanalının nisbi gücünün və onun nominal qiymətə nisbətən dəyişməsinin (%) ölçülməsinə də yol verilə bilər:

    PNİS=(Uö/Unom) x 100  (2.2)

    Burada Uö -daşıyıcı tezlik gərginliyinin ölçülən qiyməti, Unom - vericinin səs kanalının nominal gücündə daşıyıcı tezliyin amplitududur.

    Nisbi güc K2-36 ölçü cihazı vasitəsilə şəkil 2.3-də göstərilmiş struktur sxem üzrə ölçülə bilər. Bu halda cihaz  kalorimetrik metodla kalibrləşdirilməlidir. Radiovericinin  nominal gücündə cihazın ölçü tablosunda 100%-ə bərabər qiymət qoyulur.



    Şəkil 2.3.Səs kanalının nisbi gücünün ölçülməsi

    2.4.Təsvir və səs müşayiəti vericilərinin güc nisbətlərinin hesablanması (bu, yalnız televiziya yayım vasitələri üçün yerinə yetirilir).

    Bu parametr TV təsvir vericisinin gücü tapıldıqdın və 2.3 bəndinə uyğun ölçmələrdən sonra hesablanır.

    2.5.Səs daşıyıcı tezliyinin qeyri-stabilliyinin ölçülməsi.

    Şəkil 2.4-də göstərilmiş sxem üzrə modulyasiya olmayan halda ölçülür və tezliyin nominal qiyməti ilə ölçülmüş qiymətləri arasındakı ən böyük fərqlə təyin edilir. Ölçmə dayaq  generatorları qoşulduqdan 4 saat sonra aparılır.



    Şəkil.2.4. Səs daşıyıcı tezliyinin qeyri-stabilliyinin ölçülməsi sxemi

    3.RYV-nin əsas parametrlərinin ölçülməsi

    3.1.
    ATX-nın ölçülməsi.

    Şəkil 2.5-də göstərilmiş sxem üzrə ölçülür və kanalın girişinə verilmiş dəyişməz gərginliyin çıxışda tezlikdən asılılığı ilə təyin edilir.



    Şəkil 2.5.ATX-nın ölçülməsi sxemi

    Çıxış gərginliyinin dayaq gərginliyinə nisbətən dəyişməsi (dB) aşağıdakı düsturla hesablanır:

    N=20 lg (U1/U1000/800)  (2.3)

    Burada U1-ölçülən tezliklərdəki  gərginlik, U1000/800–1000/800

    Hs tezliyindəki gərginlikdir. ATX-nı  çıxarmaq üçün gərginliklər aşağıdakı tezliklərdə ölçülür:

    30, 40, 63, 125, 250, 500, 1000 (800), 2000, 4000, 10000, 15000 Hs.

    Səs tezlikli generatorun gərginliyi 21 dB səviyyəsində sabit saxlanılır və  voltmetrlərlə ona nəzarət olunur. Ölçmənin nəticələri kanalın çıxışında voltmetrlə fiksə edilir. Radio-Televiziya Verici Stansiyada (RTVS) ATX-nın ölçülməsi şəkil 2.6-da  göstərilmiş sxem üzrə yerinə yetirilir. Deviometrdə zaman sabiti τ=50 mks olan korreksiyaedici RC dövrəsi qoşuludur.



    Şəkil 2.6. RTVS-də ATX-nın ölçülməsi sxemi

    RTVS-də ATX-nı  radiovericinin çıxışında tezliyin deviasiyasını 30 kHs saxlayıb, girişdə generatorun siqnalının müvafiq səviyyəsini voltmetrlə fiksə etməklə ölçmək olar.

    Kompander olan traktlarda ATX-nın ölçülməsi üçün onlar bloklaşdırılmalıdır. Bu zaman 800 Hs-li bloklaşdırıcı siqnalın səviyyəsi maksimumdan 9 dB aşağı, girişdə sınaq sətrinin (SS) səviyyəsi isə maksimumdan 30 dB aşağı olmalıdır.

    3.2.Harmonika əmsallarının ölçülməsi.

    Şəkil 2.7-də verilmiş sxem üzrə ölçülür və bütün harmonikaların (birincidən başqa) gərginliklərinin effektiv qiymətinin əsas tezliyinin gərginliyinin effektiv qiymətinə nisbəti ilə təyin edilir. Harmonika əmsalının ortakvadratik qiyməti aşağıdakı düsturla hesablanır:

    Burada U1- əsas siqnalın birinci harmonikasının amplitudu, U2, U3, .. -əsas siqnalın 2-ci, 3-cü,... harmonikalarının amplitududur.

    Bu parametr tezliyin nominal diapazonunun müxtəlif hissələrində normaya gətirilir.

    Şəkil 2.7.Harmonika əmsallarının ölçülməsi sxemi

    Kanalın girişinə maksimal səviyyənin nominal qiymə-tinə bərabər ölçü siqnalı verilir. Harmonika əmsalı qeyri-xətti təhriflər cihazı və ya  aşağı tezlikli spektr analizatoru ilə təyin  edilir. Ölçmələr aşağıdakı tezliklərdə aparılır:

    70, 63, 125, 250, 1000 (800),  2000, 4000, 6300, 7000 Hs.

    RYV-də harmonika əmsalı şəkil 2.8-də göstərilmiş sxem üzrə ölçülür. Deviometrdəki zaman sabiti τ=50 mks olan korreksiyalaşdırıcı RC dövrəsi qoşulmalıdır. Ölçmələr sinusoidal siqnalın aşağıda göstərilən tezlik və gərginliklərində aparılır:

    30, 63, 125, 250,  400, 1000, 2000, 4000, 5000, 6000, 7000 Hs;

    775, 740,  659, 477,  416, 346, 319  mV.

    Tezliyin deviasiyası sabit (50 kHs) saxlanılır.

    Şəkil 2.8.RYV-də harmonika əmsallarının ölçülməsi sxemi

    3.3.Amplitud xarakteristikasının ölçülməsi.
    Şəkil 2.9-da verilmiş sxem üzrə ölçülür və çıxış gərginliyinin giriş gərginliyindən asılılığı kimi təyin edilir. Amplitud xarakteristikasının təhrifləri isə ölçülmüş xarakteristika ilə verilmiş xarakteristika arasındakı fərq kimi təyin edilir.

    Kanalın girişinə səs tezlikli generatordan 800 Hs tezlikli və maksimal səviyyənin nominal qiymətinə uyğun siqnal daxil olur. Giriş siqnalının səviyyəsi səs tezlikli generatorda 5-10 dB pillə ilə 0-dan 42 dB-ə qədər dəyişir. Kanalın çıxışında ölçmələr dəyişən cərəyan voltmetri ilə aparılır. Bütün avadanlığın və ya onun ayrı-ayrı hissələrinin amplitud xarakteristikaları ölçülə bilər.

    Şəkil 2.9.Amplitud xarakteristikasının ölçülməsi sxemi

    3.4.Siqnalın fon maneəsinə nisbətinin ölçülməsi.

    Şəkil 2.10-da göstərilmiş sxem üzrə ölçülür və kanalda yaranan alçaq tezlikli maneənin səviyyəsi (dB) ilə təyin edilir:

    A=20 lg (Us/Um)  (2.4)

    Şəkil 2.10.Siqnalın fon maneəsinə nisbətinin ölçülməsi sxemi

    burada Us - səs siqnalının maksimal səviyyəsi, Um – 200 Hs-ə qədər zolaqda ölçülən maneə  gərginliyinin effektiv qiymətidir.

    Ölçmədən qabaq səs tezlikli generator və  voltmetrin köməyi ilə səviyyə diapazonu qoyulur (kanalın girişində və çıxışında 0,775 V). Sonra generator kanalın girişindən açılır və kanalın girişinə nominal müqavimətli yük (600 Om) qoşulur. Fon maneəsi kanalın çıxışında 600 Om müqaviməti ilə yüklənmiş D-0,2  tipli alçaq tezlik süzgəci vasitəsilə dəyişən cərəyan voltmetrinin köməyilə ölçülür. Bundan sonra, siqnalın fon maneəsinə nisbəti hesablanır (RYV-nin səs kanalında ölçülmür).

    5. Psofometrik küydən müdafiənin ölçülməsi.

    Şəkil 2.11-də verilmiş sxem üzrə ölçülür və  tarazlaşdırıcı (psofometrik) süzgəcin köməyi ilə ölçülən maneələrin səviyyəsi ilə (dB) təyin  edilir. Müdafiə olunma aşağıdakı düsturla hesablanır: A=20 lg (Us/Um). Burada  Us - səs siqnalının maksimal səviyyəsi, Um - maneənin psofometrik qiymətidir.

    Şəkil 2.11. Psofometrik küydən müdafiənin ölçülməsi

    Ölçülən kanalın girişinə siqnal  mənbəyinin daxili müqavimətinə bərabər rezistor qoşulur. Psofometrik küy tarazlaşdırıcı süzgəcin köməyi ilə ölçülür, müdafiə olunmanın qiyməti isə hesablanır.

    4.RYV-nin səs kanalının spesifik parametrləri

    4.1.İnteqral maneələrdən müdafiə olunmanın ölçülməsi (TM küylərinin səviyyəsi).

    Şəkil 2.12-də göstərilmiş sxem üzrə ölçülür və səs siqnalının maksimal səviyyəsinin (Us) vericinin daxili maneələri hesabına yaranan daşıyıcı tezliyin parazit tezlik modulyasiyasının qiymətinə (Um) nisbəti (dB) ilə təyin edilir: 

    Am=20 lg (Us/Um)  (2.5)

    Ölçmə aşağıdakı kimi aparılır:

    Səs tezlikli generatordan radiovericinin girişinə 1000 Hs tezlikli, maksimal səviyyənin nominal qiymətinə bərabər səviyyəli səs siqnalı verilir; vericinin deviasiyası 50 kHs qoyulur; qeyri-xətti təhrifləri ölçən cihazda voltmetr rejimində "dB" şkalasında "0" qoyulur; bundan sonra, daşıyıcının modulyasiyası kəsilir və  nəticə cihazın  şkalasından dB ilə oxunur. Bu halda deviometrdə təhriflər dövrəsi qoşulmuş olmalıdır. Ölçmə zamanı 30-15000 Hs tezlikli süzgəcdən istifadə edilir.

    4.2.TM modulyasiyalı səs radiosiqnalının parazit amplitud modulyasiyasının (PAM) ölçülməsi.

    Şəkil 2.12-də verilmiş sxem üzrə ölçülür və  daşıyıcı tezliyin modulyasiyası olmayan halda maneə gərginliyinin qiyməti ilə təyin edilir. Bu ölçmə deviometr vasitəsilə aparılır.

    4.3.TM modulyasiyalı səs radiosiqnalının yanaşı parazit amplitud modulyasiyasının (YPAM) ölçülməsi.

    Bu parametrlərin ölçülməsi şəkil 2.13-də  verilmiş sxem üzrə aparılır və vericinin bir tezliklə standart deviasiyası zamanı maneə gərginliyinin qiyməti ilə təyin edilir.



    Şəkil 2.12. İnteqral maneələrdən müdafiə olunmanın ölçülməsi

    Şəkil 2. 13. TM modulyasiyalı səs radiosiqnalını YPAM-in ölçülməsi

    YPAM ölçülən zaman səs tezlikli generatordan 1000 (800) Hs tezlikli və səviyyəsi maksimal səviyyənin nominal qiymətinə bərabər siqnal verilir. YPAM deviometr və ya modulyasiyanı ölçən cihazla ölçülür.

    4.4.Fərq tezliyinə görə psofometrik maneələrdən müdafiənin ölçülməsi (ancaq RTVS-in səs müşaiyəti kanal- larında aparılır).
    Şəkil 2.14-də verilmiş sxem üzrə ölçülür. TM küylərinin səviyyəsi TV radiovericilərinin (təsvir kanalı üzrə) A siqnalı ilə (50 Hs-lik impulsla) modulyasiyası zamanı səs kanalında baş verən  maneələrin miqdarı ilə  təyin edilir


     
    Şəkil 2.14. Fərq tezliyinə görə psofometrik maneələrdən müdafiənin ölçülməsi

    Maneələr psofometrik süzgəz vasitəsilə ölçülür. Ölçmə- lərin nəticələri dB ilə ifadə olunur.
     
    TV ölçü kanalları generatorundan təsvir vericisinin girişinə səviyyəsi 1 V, təkrarolunma  tezliyi 50 Hs olan ölçü siqnalı verilir. Daşıyıcı tezliyin modulyasiya olunmamış qalığı 15% saxlanılır. Səs tezlikli generatordan səs müşayiəti siqnalları vericisinin girişinə maksimal səviyyənin nominal qiymətinə bərabər səs siqnalı daxil  olur. Vericinin deviasiyası ±50 kHs  qoyulur. Sonra modulyasiya edən səs siqnalı götürülür və psofometrik süzgəc vasitəsilə və qeyri-xətti təhriflər cihazı ilə maneələr ölçülür.
     
    *Qeyd: Demodulyator RYV-nin baş fiderinə qoşulur.
     
    5.UQD TM vericilərinin stereo-mono rejimlərinə uygun parametrlərinin ölçülməsi

    5.1.Çıxış gücünün ölçülməsi. 

    Vericinin gücü şəkil 2.15-də verilmiş struktur sxem üzrə kalorimetrik metodla ölçülür. Vericinin yükü kimi su axını  ilə soyudulan rezistordan istifadə edirlər. Verici daşıyıcı tezlik rejimində köklənir. Rezistorun su ilə soyutma sistemindəki dayanıqlı istilik rejimində suyun məsrəfi və onun giriş və çıxışındakı temperaturlar ölçülür.



    Şəkil 2.15.Çıxış gücünün ölçülməsi

    Vericinin Pnom  gücü  aşağıdakı ifadə ilə hesablanır:

    Pnom=4,187 FΔT, kVt  (2.6)

    Burada F – su sərfi (l/s), ΔT- rezistorun soyutma sisteminin çıxışında və girişində suyun 0C ilə temperatur fərqidir. 
     
    Antenna ekvivalenti (su ilə soyudulan rezistor) olmadıqda vericinin çıxışındakı güc antennaya işləməklə vericinin texniki şərtində konkret olaraq göstərilmiş metodla ölçülə bilər. Bu halda ölçmənin xətası ± 10%-dən artıq olmamalıdır.

    5.2.Daşıyıcı tezliyin qeyri-stabilliyinin ölçülməsi.

    Daşıyıcı tezliyin qeyri-stabilliyi modulyasiya olmayan halda ölçülür və tezliyin ölçülmüş qiymətləri ilə onun nominal qiymətinin ən böyük fərqi kimi təyin edilir. Nominal gücə köklənmiş vericinin işçi tezliyinin qiyməti verilmiş vaxt ərzində təkrar ölçmələrin (10 dəfədən az olmayan) statistik dəyərləndirilməsi yolu ilə tapılır.



    Şəkil 2.16. Daşıyıcı tezliyin qeyri-stabilliyinin ölçülməsi

    5.3.Şüalanma tezliyinin deviasiyasının ölçülməsi.

    a) UQD vericisində monofonik siqnalın yaratdığı şüalanma tezliyinin deviasiyasının ölçülməsi.

    Verici daşıyıcı tezlik rejimində köklənir. Modulyatorda zaman sabiti τ=50 mks olan təhriflər dövrəsi  qoşulmuşdur.

    Modulyatorun girişinə alçaq tezlikli generatordan 1000 Hs tezlikli və gərginliyi 0,775 V (0 dB) olan  siqnal verilir. Vericinin giriş səviyyəsinin tənzimləyicisi vasitəsilə  deviasi- yanın nominal qiymətinə (± 50 kHs) ən yaxın deviasiya qoyulur.

    Monofonik siqnalın yaratdığı şüalanma tezliyinin  deviasiyasının qoyulmasının dəqiqliyi tezlik deviasiyasının nominal qiyməti (± 50 kHs) ilə  onun qoyulmuş qiyməti arasın- dakı fərqlə təyin edilir.

    b)UQD vericisində kompleks stereosiqnalın (KSS) yaratdığı şüalanma tezliyinin deviasiyasının ölçülməsi. 

    Verici daşıyıcı tezlik rejimində köklənir. Modulyasiya olunmamış yarımdaşıyıcının şüalanma tezliyinin deviasiyası ±10 kHs qoyulur.

    Stereomodulyatorun A və B kanallarının girişinə alçaq tezlik generatorundan sinfaz olaraq tezliyi 1000 Hs, səviyyəsi 0,775 V (0 dB) olan sinusoidal siqnal verilir. Stereo- modulyatorun giriş tənzimləyicisi ilə KSS siqnalının tezlik deviasiyasının nominal qiymətə (± 50 kHs) ən yaxın olan qiymətini qoyurlar. 

    KSS-in yaratdığı şüalanma tezliyinin deviasiyasının qoyulmasının dəqiqliyi şüalanma tezliyinin  deviasiyasının nominal qiyməti (± 50 kHs) ilə deviasiyanın qoyulmuş qiyməti arasındakı fərq kimi təyin edilir və  Hs-lə ölçülür.

    c)UQD TM vericisinin modulyasiya olunmamış yarım- daşıyıcısının yaratdığı şüalanma tezliyinin  deviasiyasının ölçülməsi.

    Verici daşıyıcı tezlik rejimində köklənir. Stereomodul- yatorda KSS-in çıxış tənzimləyicisində və ya oyadıcının girişində KSS-in səviyyə tənzimləyicisi ilə deviometr vasitəsilə modulyasiya olunmamış yarımdaşıyıcının yaratdığı şüalanma tezliyinin deviasiyası nominal qiymətə  (± 10 kHs) ən yaxın qoyulur. Modulyasiya olunmamış  yarımdaşıyıcının şüalanma tezliyinin deviasiyasının qoyulma dəqiqliyi onun nominal qiyməti  ilə qoyulmuş qiyməti arasındakı fərq kimi  təyin edilir və Hs-lə ölçülür.

    5.4.Yarımdaşıyıcı tezliyin qoyulmasının dəqiqliyinin ölçülməsi.

    Verici daşıyıcı tezlik rejimində tənzimlənir və "Stereo" rejimi qoyulur. Yarımdaşıyıcının tezliyi tezlikölçənlə ölçülür. Yarımdaşıyıcı tezliyin qoyulma dəqiqliyi yarımdaşıyıcı tezliyin nominal qiyməti ilə onun qoyulmuş qiymətinin fərqi kimi təyin edilir və Hs-lə ölçülür.

    5.5.Parazit amplitud modulyasiyasının (PAM) ölçülməsi.

    PAM-ın səviyyəsi daşıyıcı tezliyin modulyasiyası olma- dıqda "Mono" rejimdə təyin edilir. PAM-ın ortakvadratik qiyməti modulyasiya əmsalının ortakvadratik qiymətinə uyğundur. PAM-ın səviyyəsi həmçinin modulometrlə də  ölçülür. 

    5.6.Yanaşı parazit amplitud modulyasiyanın (YPAM) ölçülməsi.
    YPAM –ın səviyyəsi alçaq tezlikli generatordan vericinin girişinə "Mono" rejimində 1000 Hs tezlikli və  səviy- yəsi 0,775 V olan siqnal verməklə təyin edilir. Daşıyıcı tezliyin deviasiyası ± 50 kHs qoyulur. Deviometrdə ölçmə rejimi AM qoyulur və vericinin çıxışında YPAM-ın ortakvadratik qiymətinin səviyyəsi ölçülür. YPAM-ın səviyyəsini həmçinin modulometrlə ölçmək mümkündür.

    5.7.UQD TM vericisinin mono və stereo rejimlərində modulyasiya edən tezliyin nominal diapazonunda amplitud tezlik xarakteristikasının (ATX) dəyişməsinin ölçülməsi:

    a)Mono rejimində ATX-nın dəyişməsi. Ölçmə aşağıdakı kimi yerinə yetirilir. Verici köklənir. Oyadıcıda RC təhriflər dövrəsi (zaman sabiti- τ=50 mks) qoyulur. Oyadıcının girişinə tezliyi 1000 Hs və səviyyəsi 0,775 V (0 dB)  olan siqnal verilir. Giriş səviyyəsi tənzimləyicisi ilə deviometrdə şüalanma tezliyinin nominal  qiyməti (± 50 kHs) qoyulur. Qoyulmuş vəziyyət bütün sonrakı ölçmələr üçün dəyişməz qalır. Oyadıcının girişindəki 1000 Hs tezlikli siqnalın səviyyəsi 20±5 dB azaldılır, giriş gərginliyinin göstəricisi qeyd edilir və bu, bütün ölçülən tezliklər üçün sabit saxlanılır.

    Zaman sabiti  τ=50 mks olan  korreksiyaedici RC dövrəsi (deviometrin komplektinə daxil olan) açılır. Deviometrdəki "zolaq" çeviricisi 20 kHs vəziyyətində qoyulur; alçaq tezlikli çıxışa qeyri-xətti təhrifləri ölçən cihaz qoşulur və onun voltmetri ilə çıxış gərginliyinin göstəricisi (dB N1000 və ya Volt U1000) qeyd edilir.

    Oyadıcının girişinə ardıcıl olaraq 30, 60, 120, 400, 2000, 5000, 7000, 10000, 15000 Hs tezlikli siqnallar verilir və çıxış gərginliyi Nş dB ilə və ya  Uf  Voltla hər tezlikdə ölçülür. ATX-nin dəyişməsi ΔS (dB ilə) hər modulyasiya edən tezlikdə aşağıdakı düsturlarla təyin edilir. Voltmetrin şkalasını dB-yə tənzimlədikdə:

    ΔSmono=Uf/U1000-Kn  (2.8)

    voltmetrin şkalasını Volta tənzimlədikdə isə:

    ΔSmono=20 lg (Uf/U1000)-Kn  (2.8)

    Burada Kn zaman sabiti τ=50 mks olan təhriflər dövrəsinin ötürmə əmsalıdır. Onun müxtəlif tezliklərdəki qiymətləri 2.1 cədvəlində verilmişdir. 
    Stereo rejimdə ATX-nın dəyişməsi.

    Ölçmə aşağıdakı kimi yerinə yetirilir. Verici köklənir.  Stereomodulyatorda zaman sabiti 50 mks olan RC təhrif dövrəsi qoşulur. Stereomodulyatordan oyadıcının girişinə modulyasiya olunmamış yarımdaşıyıcı siqnal verilir və  stereomodulyatorun və oyadıcının tənzimləyicisi ilə deviometr- də modulyasiya olunmamış  yarımdaşıyıcının  yaratdığı şüalan- ma tezliyinin deviasiyasının nominal qiyməti ±10 kHs qoyulur.

    Stereomodulyatorun A və B kanallarının girişinə sinfaz olaraq tezliyi 1000 Hs və səviyyəsi 0,775 V (0 dB) olan siqnal verilir. A və B kanallarında giriş səviyyəsinin tənzimləyicisi ilə kompleks stereosiqnalın yaratdığı şüalanma tezliyinin nominal qiyməti  ± 50 kHs qoyulur. Giriş  səviyyəsinin  tənzimləyicisi- nin qoyulmuş vəziyyəti sonrakı ölçmələr üçün dəyişməz qalır. Deviometrdə "zolaq" çeviricisi 200 kHs vəziyyətinə qoyulur və



    Cədvəl 2.1. Təhriflər dövrəsinin ötürmə əmsalının qiymətləri

    onun alçaq tezlikli çıxışına stereodekoder  qoşulur. Stereode- koderdə zaman sabiti τ=50 mks olan təhriflərin korreksiya dövrəsi qoşulur.  Stereomodulyatorun girişində tezliyi 1000 Hs olan siqnalın səviyyəsi 20±5 dB azaldılır, giriş gərginliyinin göstəricisi qeyd olunur və o, bütün ölçülən tezliklərdə sabit saxlanılır.

    ATX  A və B kanalları üçün  ayrı-ayrılıqda ölçülür. A (B) kanalının çıxışına qeyri-xətti təhrifləri ölçən cihaz qoşulur və çıxış gərginliyinin göstəricisi voltmetrdə dB-lərlə N1000 ( və ya Voltla U1000) qeyd olunur. Sonra stereomodulyatorun A (B) girişinə ardıcıl olaraq 30, 60, 120, 400, 2000, 5000, 7000, 10000, 15000 Hs tezlikli siqnallar verilir və çıxış gərginliyi NfA,B dB ilə ( və ya Voltla UfA,B) ölçülür. Modulyasiya edən hər tezlikdə ATX-nin dəyişməsi ΔSA,B (dB ilə) aşağıdakı kimi təyin edilir. Voltmetrin şkalası dB-yə tənzimlənibsə, onda:

    ΔSA,B= NfA,B - N1000A,B  (2.9)

    Voltmetrin şkalası volta tənzimlənibsə, bu halda:

    ΔSA,B=20 lg (UfA,B/U1000 A,B)  (2.10)

    Deviometrin alçaq tezlikli çıxışındakı ossilloqrafın ekranında A və B siqnalının artımının qeyd olunması ilə ATX-nın stereorejimdə ölçülməsinə icazə verilir.

    5.8.Stereokanallar arasında ATX-nın dəyişməsinin ölçülməsi.
    Stereokanalda ATX-nın balans dəyişməsinin qiyməti ΔB modulyasiya tezliyində ölçülür:

    ΔB= ΔSA- ΔSB, db  (2.11)

    Burada ΔSA və ΔSB – A və B kanalında ATX-nın dəyişməsidir (dB ilə).

    5.9.Mono və stereo rejimlərində UQD TM vericisinin harmonika əmsallarının ölçülməsi.

    a) Mono rejimində harmonika əmsalları.

    Ölçmə aşağıdakı kimi həyata  keçirilir. Verici köklənir. Oyadıcıda zaman sabiti τ=50 mks olan RC təhriflər dövrəsi qoşulur. Oyadıcının girişinə tezliyi 1000 Hs, səviyyəsi 0,775 V (0 dB) olan siqnal verilir. Deviometrdə giriş səviyyəsinin tənzimləyicisi ilə şüalanma tezliyinin nominal qiyməti ±50 kHs qoyulur. Sonrakı ölçmələr zamanı bu tənzimləyici vasitəsilə deviasiyanın qiyməti sabit saxlanılır. Deviometrdə "zolaq" çeviricisi 20 kHs vəziyyətinə qoyulur. Deviometrin alçaq tezlikli çıxışına zaman sabiti τ=50 mks olan  korreksiyaedici RC dövrəsi vasitəsilə qeyri-xətti təhrifləri ölçən cihaz qoşulur və 1000 Hs tezlikdə harmonika əmsalları ölçülür. Hər ölçülən tezlikdə şüalanma tezliyinin  deviasiyasının nominal qiymətini ±50 kHs qoymaqla ölçmələr 30, 60, 120, 400, 2000, 5000, 7000 Hs tezliklərində təkrar edilir.

    Stereo rejimində harmonika əmsalları.

    Ölçmələr aşağıdakı kimi ölçülür. Verici köklənir. Stereomodulyatorda zaman sabiti τ=50 mks olan RC təhriflər dövrəsi qoşulur. Stereomodulyatordan  oyadıcının girişinə  yarımdaşıyıcı tezlikli modulyasiya olunmamış siqnal verilir, stereomodulyator və oyadıcının çıxış tənzimləyiciləri ilə modulyasiya  olunmamış yarımdaşıyıcının  yaratdığı şüalanma tezliyinin deviasiyasının nominal qiyməti ±10 kHs qoyulur. Stereomodulyatorun A və B kanallarının girişinə sinfaz olaraq səviyyəsi 0,775 V (0 dB), tezliyi 30, 60, 120, 400, 1000, 2000, 5000, 7000 Hs olan siqnallar verilir. Giriş səviyyəsinin tənzimləyicisi vasitəsilə hər ölçülən tezlikdə A və B kanalında KSS siqnalının yaratdığı şüalanma tezliyinin deviasiyasının nominal qiyməti ±50 kHs qoyulur.
     
    Deviometrdə "zolaq" çeviricisi 200 kHs vəziyyətinə qoyulur. Deviometrin alçaq tezlikli çıxışına stereodetektor qoşulur. Stereodetektorda zaman sabiti 50 mks olan korrek- siyaedici RC dövrəsi qoşulmuş olmalıdır.
     
    Harmonika əmsalları qeyri-xətti təhrifləri ölçən cihaz və ya spektr analizatoru vasitəsilə kanalların hər birində ayrı-ayrılıqda ölçülür. Cihazlar stereodetektorun ölçülən kanalının çıxışına qoşulur. Kanalların birində harmonika əmsalları ölçüləndə digər kanalın steromodulyatorunun girişindən siqnal çıxarılır və bu girişə müqaviməti 600±60 Om olan rezistor qoşulur.
     
    2.10.Mono və stereo rejimlərində UQD TM vericilərinin inteqral maneələrdən  müdafiə olunmasının ölçülməsi.
     
    a) Monorejimdə inteqral maneələrdən müdafiə olunmanın ölçülməsi aşağıdakı kimi yerinə yetirilir. Verici köklənir, oyadıcıda zaman sabiti τ =50 mks olan təhriflər dövrəsi qoşulur.
     
    Oyadıcının girişinə tezliyi 1000 Hs, səviyyəsi 0,775 V (0 dB) olan siqnal verilir. Oyadıcının giriş səviyyəsinin tənzimlənməsi ilə deviometrdə şüalanma tezliyinin deviasia- sının nominal qiyməti ±50 kHs qoyulur. Deviometrdə "Zolaq" çeviricisi 20 kHs vəziyyətində qoyulur. Zaman sabiti τ =50 mks olan RC korreksiyaedici dövrə vasitəsilə deviometrin alçaq tezlikli çıxışına qeyri-xətti təhrifləri ölçən cihaz qoşulur və voltmetr vasitəsilə çıxış gərginliyi dB ilə N1000 ( və ya Voltla U1000) qeyd edilir. Oyadıcının girişindən alçaq tezlikli generator açılaraq onun əvəzinə müqaviməti 600±60 Om olan rezistor qoşulur və maneənin səviyyəsi Nm (dB) və ya Um (V) ölçülür. İnteqral maneələrdən müdafiə olunmanın Am dB ilə qiyməti belə təyin ölunur:
     
    Voltmetrin şkalası dB-yə tənzimləndiyi halda:

    Am=N1000-Nm  (2.12)

    voltmetrin şkalası Volta tənzimləndiyi halda isə:

    Am=20 lg (U1000/Um)  (2.13)

    Lazım olduqda ölçülən maneələrin tezlik dizpazonu cihazın girişinə 15 kHs kəsici tezlikli süzgəc qoşulmaqla məhdud- laşdırıla bilər.

    b) Stereorejimdə inteqral maneələrdən müdafiə olunma- nın ölçülməsi. Stereomodulyatordan oyadıcının girişinə yarımdaşıyıcı tezlikli modulyasiya olunmamış siqnal verilir, stereomodulyator və oyadıcının çıxış tənzimləyiciləri ilə modulyasiya olunmamış yarımdaşıyıcının yaratdığı şüalanma tezliyinin  deviasiyasının nominal qiyməti ±10 kHs qoyulur.

    Stereomodulyatorun A və B kanallarının girişinə sinfaz olaraq tezliyi 1000 Hs və səviyyəsi 0,775 V (0 dB) olan siqnal verilir. A və B kanallarında giriş səviyyəsinin tənzimləyicisi ilə  kompleks stereosiqnalın yaratdığı şüalanma tezliyinin nominal qiyməti ±50 kHs qoyulur. Giriş səviyyəsinin tənzimləyicisinin qoyulmuş vəziyyəti sonrakı ölçmələrdə dəyişməz qalır.

    Deviometrin alçaq tezlikli çıxışına zaman sabiti τ=50 mks olan korreksiyaedici RC dövrəsi qoşulmuş stereodekoder birləşdirilir. Deviometrdə 60 kHs-li analiz zolağı qoşulur və onun  komplektinə daxil olan korreksiyaedici RC dövrəsi açılır.

    Stereodekoderin A və B çıxışlarında siqnalın gərginliyi- nin qiyməti voltmetrin köməyi ilə dB ilə N1000 ( və ya Voltla U1000) ölçülür.

    Stereomodulyatorun A və B girişindən alçaq tezlikli generator açılır və onlar müqaviməti 600±60 Om olan rezistorla yüklənir, sonra maneənin səviyyəsi Nm (dB) və ya Um (V) növbə ilə ölçülür. İnteqral maneələrdən müdafiəolunma Am dB ilə aşağıdakı düsturların köməyilə hesablanır.

    Voltmetrin şkalası dB-yə tənzimləndikdə:

    Am=N1000-Nn  (2.14)

    voltmetrin şkalası Volta tənzimləndikdə isə:

    Am=20 lg (U1000/Um)  (2.15)

     İnteqral maneələrdən müdafiəolunmanın küy detek- torunun köməyi ilə ölçülməsinə də icazə verilir.

    5.11.Stereokanallar arasındakı keçid sönmələrin ölçülməsi.

    Ölçmə aşağıdakı kimi həyata keçirilir. Verici köklənir, stereomodulyatorda zaman sabiti τ=50 mks olan RC təhrif dövrəsi qoşulur. Oyadıcının girişində yarımdaşıyıcı tezliklə modulyasiya olunmamış şüalanma tezliyinin deviasiyanın nominal qiyməti ±10 kHs qoyulur.

    Stereomodulyatorun A və B kanallarının girişinə sinfaz olaraq səviyyəsi 0,775 V (0 dB) tezliyi 1000 Hs olan siqnal verilir. Stereomodulyatorun A və B kanallarının girişindəki tənzimləyici vasitəsilə KSS-in yaratdığı şüalanma tezliyinin nominal qiyməti ±50 kHs qoyulur. Giriş səviyyəsinin tənzimləyicisinin qoyulmuş vəziyyəti sonrakı ölçmələr üçün dəyişməz qalır.

    Deviometrdə "zolaq" çeviricisi 20 kHs vəziyyətində olmaqla onun alçaq tezlikli çıxışına stereodetektor  qoşulur. Stereodetektorun korreksiyaedici RC dövrəsi qoşulu vəziy- yətdədir. Voltmetr vasitəsilə stereodekoderin B kanalının çıxı- şında siqnalın gərginliyi dB ilə Ns (və ya  voltla Us) ölçülür.

    Stereomodulyatorun A girişindən modulyasiyaedici siqnal çıxarılır və bu girişə müqaviməti 600±60 Om olan rezistor qoşulur.

    Stereodekoderin A kanalının çıxışında keçid maneə- sinin gərginliyi Nkm (dB) və ya Ukm (V) ölçülür və 

    A kanalında keçid sönməsi β hesablanır:

    Voltmetrin şkalası dB-yə tənzimləndikdə:

    β =Ns-Nkm  (2.16)

    voltmetrin şkalası volta tənzimləndikdə isə:

    β =20 lg(Us/Ukm)  (2.17)

    Keçid sönməsi analoji olaraq B kanalında da ölçülür. Ölçmə 300 (400) və 5000 Hs-də təkrar olunur. Stereokanallar arasındakı keçid sönməsinin ölçülməsi üçün alçaq tezlik spektrinin analizatoru və ya osilloqrafdan da istifadə edilə bilər.

Yuxarı ^