• Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin Yayım Tənzimləyici Orqanlarının Forumunun (BRAF) 7-ci Toplantısı keçirilmişdir.

    Milli Televiziya və Radio Şurası Aparatının rəhbəri Toğrul Məmmədov və Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Fazil Novruzov 2016-cı il 8-9 sentyabr tarixlərində Moldovanın Kişinyov şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin Yayım Tənzimləyici Orqanlarının Forumunun (BRAF) 7-ci Toplantısında iştirak etmişdir.

    Toplantı zamanı üzv dövlətlərdə seçkilər zamanı yayım tənzimləyici orqanların fəaliyyəti, tənzimləyici qurumların apardığı monitorinq fəaliyyəti, audiovizual media sahədə tənzimləyici qurumlar tərəfindən şikayətlərin qəbul olunması, araşdırılması və onlara cavab verilməsi ilə bağlı mövzular müzakirə olunmuşdur. BRAF-ın növbəti 8-ci Toplantısının 2017-cı ildə Serbiyanın Belqrad şəhərində keçirilməsi qərara alınmışdır.

Yuxarı ^