• “İdman Azərbaycan” Televiziyası

     

    “İdman Azərbaycan” Televiziyası

    “İdman Azərbaycan” televiziyasının təsisçisi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətidir. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 23 mart 2005-ci il tarixli 213 saylı Fərmanına əsasən yaradılmışdır. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyun 2005-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. 
    "İdman Azərbaycan" Televiziyası 2009-cu il yanvarın 1-dən fevralın 1-nə qədər test yayımları keçirmiş, 2009-cu il feralın 1-də rəsmi açılışı olmuş, tam həcmdə fəaliyyətə başlamışdır.  

    Milli Televiziya və Radio Şurasının 18 iyul 2008-ci il tarixli qərarı ilə "Azərbaycan  Televiziya  və   Radio  Verilişləri Qapalı Səhmdar Cəmiyyəti"nə idman sahəsi üzrə televiziya yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir

    “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.

     

    Ünvan: AZ1011, M.Hüseyn 1, Bakı, Azərbaycan. 
    Telefon: (+99412) 4923807 
    Faks: (+99412) 4972020

Yuxarı ^