• "Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    1. Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 2 (iki) milyon manat ayrılsın.

    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

     

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 12 may 2016-cı il.

Yuxarı ^