• Almaniyanın Nürnberq şəhərində Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 42-ci Toplantısı keçirilmişdir.

    Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Fazil Novruzov 2015-ci il 28-30 oktyabr tarixlərində Almaniyanın Nürnberq şəhərində keçirilən Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 42-ci Toplantısında iştirak etmişdir.

    Toplantıda 47 Avropa dövlətindən 52 audiovizual yayım tənzimləyici təşkilatının nümayəndələri, həmçinin, Avropa Komissiyasının, ATƏT Media Azadlığı üzrə Bürosunun, Avropa Şurası Media Bölümünün, Avropa Audiovizual Rəsədxanasının nümayəndələri və ekspertləri iştirak etmişlər. Toplantı zamanı aşağıdakı mövzularda 2 plenar sessiya keçirilmişdir:

    1. “Avropada media məzmun üçün davamlı ekosistemə necə nail olmalı? Avropada keyfiyyətli media məzmunun təmin edilməsi və maliyyələşdirilməsinə xüsusi vurğu”
    2. “İnformasiya mənbələrinin və audiovisual məhsulların müxtəlifliyini stimullaşdırmaq üçün tənzimləyici orqanların üsul və vasitələri”

    İki gün davam edən toplantıda, həmçinin, "Çoxplatformalı mühitdə ictimai xidmət məzmunu: icbari yayımdan icbari seçimin verilməsinə keçid", “Audiovizual Kommersiya Kommunikasiyaları: İstiqamət və problemlər – Məhsul yerləşdirilməsinə vurğu”, “Yerli / Regional TV – maliyyələşdirmə modelləri” mövzüları üzrə işçi qruplar fəaliyyət göstərmiş, həmin sahələr üzrə Avropa ekspertlərinin iştirakı ilə müzakirələr aparılmışdır.

    Eyni zamanda EPRA-nın növbəti, 43-cü Toplantısının 2016-cı ilin may ayında İspaniyanın Barselona şəhərində keçirilməsi barədə qərar qəbul edilmişdir. 

Yuxarı ^