• 22 oktyabr 2015-ci il tarixdə Milli Televiziya və Radio Şurasında “Uşaq hüquqları aylığı” çərçivəsində uşaqların tərbiyəsinə, tədrisinə və maarifləndirilməsinə yönəlmiş verilişlərin yayımı ilə bağlı dəyirmi masa keçirilmişdir.

     Dəyirmi masada Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Ailə, Qadın Uşaq problemləri üzrə Dövlət Komitəsinin, ümumrespublika və regional teleradio yayımçılarının  nümayəndələri iştirak etmişdir.  

Yuxarı ^