• ANS Televiziyası 24 fevral 2014-cü il, Ağabəyovlar (Əxlaqsız ifadələr)

    24.02.2014-cü il tarixdə saat 20.00 və  21.00 arası yayımlanan «Ağabəyovlar» teleserialında erotik səhnə nümayiş etdirilmiş və həmin səhnə zamanı ədəbsiz ifadələr işlədilmişdir: «…o ki qaldı İldırımın doğrama aparatına, o, çoxdan paslanıb. Yəqin gecələr hiss edirsən…sənə duduşuna kəpənəklər yığışan kişi lazım deyil. Mənim kimi cavan oğlan lazımdı». (saat 20.28-də)

    Bu hal «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar»ın 2.7 və 2.8-ci maddələrinə ziddir. 

Yuxarı ^