• ANS Televiziyası 25 avqust 2015-ci il (qeyri-etik məzmunlu sətiraltı ifadələr)

    25 avqust 2015-ci il tarixdə saat 11.25-12.45 arası yayımlanan “Bu da bu” yumoristik səhnəcikdə qeyri-etik məzmunlu sətiraltı ifadəyə yer verilmişdir (Saat 12.30 –da).

    Belə ki, səhnəcikdə yas mərasimini idarə edən mollanın məclis iştirakçılarına aşağıdakı sözləri yer almışdır: “Maşın almaq qız almaq kimi bir şeydir. Gərək birinci yoxlayasan, orasını-burasını. Görəsən ki, neçə nəfərin əlində olub, kim sürüb, necə sürüb, vuruğu var, yoxsa yox, motor yağ yeyir, mostu qaçıb, yoxsa yox. Yoxsa ki, alırsan gətirirsən, iki gündən sonra görürsən ki, motor səs eləyir. Sən demə probeqini dala çəkiblər”.  

    Bu hal «Televiziya və radio yayımı haqqında» Qanunun 32.0.9-cu (proqramlarda milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) və «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar»ın 2.8-ci maddəsinə ziddir.

Yuxarı ^