• “Nuşirəvan Məhərrəmli bu addımı çoxdan atmalıydı” – baş redaktordan ANS-ə ittihamlar

    “Nuşirəvan Məhərrəmli bu addımı çoxdan atmalıydı” – baş redaktordan ANS-ə ittihamlar
     
    BÖLÜM: Müsahibə
    YAYIM TARİXİ: 8 Oktyabr 2015 17:59
     
     
     
     
     
     
     
     
    “Nuşirəvan Məhərrəmli bu addımı çoxdan atmalıydı” – baş redaktordan ANS-ə ittihamlar

    Bəxtiyar Sadıqov: “Əgər kanallar milli mənəvi dəyərlərimizi yoxa çıxarırsa, vətənpərvərlik əvəzinə mənəviyyatsızlığı təbliğ edirsə, bağlanmalıdır” 

     

     
    Milli Teleradio Şurası tərəfindən telekanallara qarşı atılan sərt addımlar, eləcə də qurumun sədri Nuşirəvan Məhərrəmlinin son açıqlamaları cəmiyyətin ciddi müzakirə mövzularındandır. Milli kanalların efir siyasətinə qarşı hər zaman tənqidi münasibəti ilə fərqlənən, bu mövzuda dəfələrlə müəllif yazıları yazmış “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovla söhbətimiz də elə bununla bağlı oldu. 
     
    B.Sadıqov öncə MTRŞ rəhbərliyi tərəfindən atılan addımlar, sanksiyalar barədə danışdı. 
     
     
    - Hesab edirəm ki, bu addım çoxdan atılmalıydı. Bu günə qədər Nuşirəvan müəllim də, Milli Teleradio Şurası da yerli kanallara çox güzəştə gedib. Artıq Azərbaycan tamaşaçısı Azərbaycan teleməkanından üz çevirib. Azərbaycan tamaşaçısı əcnəbi kanallara, eləcə də Rusiya, Türkiyə kanallarında daha çox baxır. Yerli kanalın tamaşaçıları işləməyən, mətbəxdə oturan qadınlar olub. Orda yayımlanan şou proqramların səviyyəsi o qədər aşağı, müzakirəyə qoyulan məsələlər o qədər bəsitdir ki, insan baxmaq istəmir. 
     
    Orda bizim milli-mənəvi dəyərlərimiz o qədər aşağılanır ki, bu məsələlərdə həssas olan, daha səviyyəli, maraqlı, maariflənmək istəyən tamaşaçıların hamısı ondan üz döndərir. Və nəticədə belə bir vəziyyət yaranıb ki, cəmiyyət bu kimi verilişlərdən bezib. O verilişlərdə qabaqcadan ssenari qurulur, nədən başlayıb, nədə qurtarılacağı bildirilir. Otururlar çayxana söhbəti edirlər. Bəzən ictimai şəkildə müzakirəyə çıxarılması məqbul olmayan məsələlər müzakirə olunur. Cəmiyyət bezib. Artıq cəmiyyət çoxdan marağında idi ki, bu verilişlərin qarşısı alınsın. 
     
    -Hamı öz fikrini əsaslandırmaq üçün “cəmiyyətin rəyi” deyə sitat gətirir, ona istinad edir. Maraqlıdır, bunun üçün cəmiyyətdə hansısa rəy sorğusu keçirilibmi? Konkret hansı rəy sorğusunun nəticəsinə əsasən bu fikri irəli yürüdürsüz? 
     
    -Cəmiyyət deyəndə nəyi nəzərdə tuturuq? Mətbu orqanda çalışırıq – siz də, mən də. Sizin yazılarınızla bağlı müəyyən reaksiyalar olur. Telefon zəngləri, həmkarlarınızın, oxucularınızın dedikləri, mətbuatda bununla bağlı müzakirələr. Mən bu mövzuda ona görə belə əsəbi tonda danışıram ki, bu, bizim Azərbaycan qəzeti üçün uzun müddətdir, müzakirə olunan mövzulardan biridir. Hörmətli akademik, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Azərbaycanın efir məkanı  - problemlər və vəzifələr” adlı 5-6 il əvvəl bir yazı yazdı. Bizdə dərc olunan bu yazını daha sonra digər qəzet və saytlar da tirajladılar. O yazı qədər reaksiya doğuran heç bir yazı bizdə olmayıb. Səhər saat 9-dan zənglər gəlməyə başladı. Tanışlar, dostlar şəxsən mənə, oxucular redaksiyaya zəng edib, “nə yaxşı ki, belə yazı vermisiniz” deyə təşəkkür etdilər. Bizə yazılarımıza görə reaksiyalar olur. Amma adətən saat 11-12-dən sonra. Adını çəkdiyim yazıya görə isə reaksiyalar saat 9-dan başlanmışdı. Sonra mənim özüm şəxsən jurnalist kimi bir neçə yazı yazmışam. O yazılarımın birində göstərmişdim ki, telekanallar o şou verilişlərini özləri üçün biznesə çeviriblər. Aparıcılarla bağlı tənqidi yazım olmuşdu. “Matəm günündə çal-çağır” yazımda da 31 martda efirin vəziyyətindən yazmışam. Yəni, bu və bunun kimi bir neçə yazımda efir məkanı ilə bağlı qüsurları göstərmişəm. Reaksiyalar da çox olur. Cəmiyyət deyəndə mən bu reaksiyaları nəzərdə tuturam. “Nə oldu, yazdınız, amma heç nə düzəlmədi”, deyənləri də unutmayaq. 
     

    “Harda pis ana, pis ata, pis övlad, pis bacı-qardaş varsa, hamısını proqram qəhrəmanı edirlər”

     
     
    Bu proqramların hamısında bir ana xətt var: harda pis ana, pis ata, pis övlad, pis bacı-qardaş varsa, hamısını seçirlər və onlar proqramın qəhrəmanları olur. Bəs bu yaxşılar kimdir, hardadır? Onları kim tapıb üzə çıxaracaq, tərənnüm etdirəcək? Niyə bir dəfə də olsun həyat yoldaşını itirən, müharibədə şəhid verən anaları efirə çıxarıb, onları təbliğ etmir, uzun illər ərsiz övlad böyüdən qadınları fəxrlə bu cəmiyyətə təqdim etmirik? 
     
    -Axı telekanallarda milli vətənpərvərlik mövzusunda da verilişlər gedir. Yəni, milli TV-lərimizin rəhbərləri də deyə bilər ki, biz əyləncəyə də, vətənpərvərlik mövzularına da, maarifləndirməyə də yer ayırırıq. Hər tamaşaçının zövqünə uyğun, efirdə monotonluq yaratmadan... Dünya TV-lərində də mənzərə bu cürdür. 
     
    -Mən də onu deyirəm ki, TV-lərin 3 vəzifəsi var: maarifləndirmə, məlumatlandırma və əyləndirmə. Bizdə əyləndirmə digər iki xətti udub. Maarifləndirmə verilişləri yoxdur demək olar ki. Biz müstəqil dövlət qurmuşuq, hüquq, biznes, mülkiyyət sahəsi, istehlakçının hüquqları ilə bağlı maarifləndirməyə ehtiyac var. Amma bunlar işin asanına qaçıblar. 3 nəfəri tapıb çıxarırlar efirə, qalmaqal yaradırlar. Bu ona təhqiramiz söz deyir, bu o birinə qalmaqal yaradacaq ittiham deyir... Neçə dəfə aparıcını itələyib yıxıblar, aparıcı təhqir olunub, müəyyən zümrələrin ünvanına təhqiramiz sözlər işlətdiyi üçün efirdən uzaqlaşdırılıb? O balans ki var, o pozulmuşdu. Həftədə bir-iki dəfə vətənpərvərlik mövzusunda veriliş verməklə vətənpərvərlik həll olundu ki? Biz müharibə vəziyyətində ölkəyik. Əslində bizim teleefirin qəhrəmanı Azərbaycan əsgəri, Azərbaycan zabiti, vətənpərvər gənclər olmalıdır.  Müəyyən reytinq qurumları var. Onlar şüurlu şəkildə bu reytinq aparatlarını hara qoyublar? Mən bir dəfə də eşitməmişəm ki, hansısa tanışın, dostun, qohumun evində bu reytinq aparatından qoyulsun. Necə oldu ki, mənəviyyatsızlığı tərənnüm edən, ailə institutları aşağılanan, insanların bir-birinə dönüklüyünü, əxlaqsızlığını aşılayan verilişlərin hamısı reytinqli oldu? Deməli, bu reytinq ölçən qurumlar – onlar əcnəbilərdir – şüurlu şəkildə çalışırlar ki, bizim cəmiyyəti, xalqı mənəviyyatsızlığa yuvarlasınlar. 
     

    “O reytinq aparatlarını hansı evlərə qoyublar, biləniniz var?”

     
     
    - Məsələyə başqa cür yana
     
    Çünki bizim xalq, cəmiyyət mənəviyyatsız olandan sonra dövləti qarışdırmağa, sabitliyi pozmağa, bu cür insanları öz agentlərinə çevirməyə nə var ki? Bu reytinq qurumları kanalları reklam adı ilə şirnikləndirir, nəticədə isə uduzan Azərbaycan xalqı bizim mənəviyyatımız olur. Ona görə də MTRŞ-in bu addımını alqışlayıram. İndiyə qədər çox yumşaq davranıblar. Yəqin gözləyirdilər ki, açıqlamalarına, iradlarına əməl edəcəklər. Amma bu gün ki, Nuşirəvan müəllim bu cür qətiyyətli mövqe ortaya qoyur, mən onu alqışlayıram. Bu qurum nüfuzlu dövlət qurumudur və bizim qəbul etdiyimiz qanunlar əsasında fəaliyyət göstərir. Ona görə də bu gün bəzi telekanal rəhbərləri, eləcə də işçiləri bu qurum, eləcə də onun rəhbəri barədə etik sərhədi aşan ifadələr işlətməsinlər. Bu münasibət mənim xoşuma gəlmir. İraddır, haqlıdır, kimsə narazıdırsa, məhkəməyə müraciət edə bilər. Amma bu, bir sosial sifarişin nəticəsində verilən qərardır, bunu da unutmasınlar. Tamaşaçılar da, biz jurnalistlər də bezmişik. Nə qədər qalmaqal olar? Hansı kanalı açırsan, oxuyançılar, toy müğənniləri ordadır. Qonaqlar onlardır, verilişin ekspertləri onlardır, qalmaqal yaradan onlardır. 
     
    şaq: pisdirsə, camaat niyə baxır? Axı pult əllərindədir, çevirə bilərlər. O verilişin aparıcıları hansısa bir alim, ziyalı ilə küçəyə çıxsın. Xalq həmin aparıcını tanıyacaq, nəinki o alimi, ziyalını. Bəs bu tendensiya nədən xəbər verir? 
     
    - Mən sizinlə razı deyiləm. Baxır kimdən soruşursan. Siz gedib mətbəxdə oturub qadından soruşsaz, təbii ki, mənzərə siz deyən kimi olacaq. Mən mətbəxdə oturan qadınları səviyyəsiz hesab etmirəm. Sadəcə zövq məsələsi var. O insanlar üçün mətbəx verilişləri, kim kimə nə dedi, filankəs nə geyindi... tipli söhbətlər maraqlıdır. Amma bir ziyalıdan, təcrübəli, dünyagörmüş insandan soruşsunlar, onda görərlər ki, mənzərə necədir. Biz bilirik ki, o rəy sorğusu necə keçirilir. 
     

    “Hansı kanalı açırsan, oxuyançılar, toy müğənniləri ordadır. Qonaqlar onlardır, verilişin ekspertləri onlardır, qalmaqal yaradan onlardır” 

     
     
    - Ziyalı demişkən, tənqid etdiyiniz verilişlərin çoxuna ekspert qismində həm də o hörmətli ziyalılar çıxır. Bu da ictimai rəyə təsir edir. O halda mənzərə niyə belədir? 
     
    - O verilişə çıxan insanlar ki var, onlar özünə hörmət etməyən insanlardır. Çoxunun heç mahiyyətindən xəbəri yoxdur. Onlara deyirlər ki, bu məsələdə mövqe belədir, gəlin danışın. Onlar da danışırlar, aparıcı deyəni deyirlər. Bir də görürsən, aparıcı mövqe dəyişəndə bunlar çaş-baş qalırlar (gülür). Nə qədər doğru olduğunu bilmirəm, amma eşitdiyimə görə, oradakıların çoxu maaş alanlardır. Daimi tamaşaçılar, çəpik çalanlar da həmçinin, ştatdan maaş alırlar. Baxsanız müəyyən kanallarda eyni adamlardır hər gün. Ekspert anlayışının özü də nisbidir, mübahisəlidir. Onlara kim ekspert deyir axı? Bizdəki tok şouların əksəriyyəti bu və ya digər ölkələrin telekanallarında bir neçə il əvvəl nümayiş olunan tok şouların təkrarıdır.  “Jdi menya” verilişi də bunlardan biri. Rus qadınının necə vəfalı olması, rus anasının necə fədakar olmasını, rus anasının necə ailəyə bağlı olmasını tərənnüm edir. Həzin, kövrək bir proqramdır. Rus qadınının vəfası hara, Azərbaycan qadınının vəfası hara? Heç bir müqayisəyə gəlməz. Amma görün o proqramda rus qadını hansı səviyyəyə qaldırılır. Bizdə isə Azərbaycan qadını o dərəcədə aşağılanır ki, insan bilmir necə ad versin o insanlara. Bizim nə qədər ailəcanlı, fədakar qadınlarımız var. Kişi kimi, ailə yükü çəkən, övladı üçün böyrəyini verən analarımız var. Belələrini tapın gətirin də. Kimi axtarırlar? Atasını-anasını atmış, Vətən borcunu yerinə yetirməmiş, gedib özü üçün Rusiyada güzəran axtaran, kefi kök birisini. Ay bala, onu tapıb gətirmək lazım deyil e. Anasını soruşmayan, Vətənin dar günündə onu atan birini tapıb bu ölkəyə gətirməyə dəyər? 
     

    “Bizim tok şoularda Azərbaycan qadını o dərəcədə aşağılanır ki, insan bilmir necə ad versin onlara”

     
     
    -Hər halda məqsəd pis deyil. Ortada qara məqsəd, xəbis niyyət yoxdur. Xoş məram var – ana-balanı bir-birinə qovuşdurmaq... 
     
    -Siz belə hesab edirsiniz ki, niyyət yaxşıdır. Niyyət başqa şeydir, onu gerçəkləşdirmək başqa şey. “Jdi menya”da peşəkarlıqla, dəyərlər qorunmaqla bu iş görülürsə, bizdə qondarma, süni şəkildə, aparıcının özünü reklam etməsi, ziddiyyətlər, süni konfliktlər yaratmaqla edilir.
     
     “Şok, şok, şok”, “az sonra”... axırda da heç nə. Bütün veriliş boyu gizli reklamlar gedir. Gərək şura araşdıra ki, bu verilişdə gedən gizli reklamlardan dövlətə vergi verilirmi? 
     
    -Nuşirəvan Məhərrəmli son müsahibəsində bəzi kanalların bağlana biləcəyinə, cəmi 4-5 kanalla da davam edilə biləcəyinə işarə vurdu. Bu isə demokratik idarəetməyə iddialı bir ölkədə ciddi senzuranın, söz azadlığının boğulmasının sübutu kimi görünür... 
     

    “Bütün veriliş boyu şok, şok, şok”, “az sonra”... axırda da heç nə... olur” 

     
     
    -Əvvəla, kim dedi ki, kanallar bağlanacaq? Bu qurumun irad tutmaq, xəbərdarlıq eləmək hüququ var. Bunların hər ikisini edir. Xəbərdarlıqdan nəticə çıxarmayıblar. Bu səbəbdən də qurum öz səlahiyyətləri çərçivəsində cərimələr tətbiq edib. Bundan başqa, ekranı qaraltmağa, sonra bağlamağa səlahiyyəti var. Əgər bu proqramlar mənim əsrlərdən boyu süzülüb gələn milli mənəvi dəyərlərimi yoxa çıxarırsa, ya da çox ağır müharibə şəraitində olan ölkədə vətənpərvərlik əvəzinə mənəviyyatsızlığı təbliğ edirsə, o kanallar bağlanmalıdır. Bəs informasiya təhlükəsizliyi nəyə deyirsiz? Budur da informasiya təhlükəsizliyi. Rusiyanın serialları var. Hətta onların seriallarında belə adam hüquqi cəhətdən maariflənir. Bizim seriallarda nə var? Ailə, ailə, ailə. 1 milyon qaçqın, tanımadığımız qəhrəmanlarımız var. Bunları da göstərmək, bunlardan da film çəkmək lazımdır. 
     
    Sevinc TELMANQIZI 
     
    http://musavat.com/news/musahibe/nushirevan-meherremli-bu-addimi-choxdan-atmaliydi-bash-redaktordan-ans-e-ittihamlar_297227.html
Yuxarı ^