• ANS Televiziyası 18 sentaybr 2015-ci il (Əxlaq normaları)

    18 sentyabr 2015-ci il tarixdə saat 22.00-23.00 arası yayımlanan “Axşam-axşam” verilişində aparıcı Kamran Həsənli tərəfindən verilişin müxtəlif rubrikalarında dəfələrlə qeyri-etik sətiraltı məzmunlu ifadələrdən istifadə edilmişdir (saat 22.00 və 22.30 arası):

    Aparıcı: Aygün Kazımova instagram-da özünün göbələk formasında şəklini paylaşıb. Sual oluna bilər ki, bu göbələk (Aygün Kazımova) yeməlidi ya yox? Məncə, bunu yalnız Namiq Qaraçuxurlu bilə bilər (onların bir vaxtlar evli olmasına eyham vurur).

    ...

    Xarici filmlərdən birində (“Əsas instinkt”) yer almış səhnəciyin məzmunu qeyri-etik formada dəyişilməklə dublyaj edilərək efirə verilmişdir:

    • Xanım sizə nə lazım idi?
    • Sözün düzü, şou-biznesə qatılmaq istəyirəm
    • Rəqs edə bilirsiz, oxuya bilirsiz?
    • Yox. Mən bu sənətdə yeniyəm. Amma şəhərin 1 nömrəli reytinq verəniyəm (!). Mən hətta onlayn ola-ola da reytinq verə bilirəm.
    • Bəs siz reytinqi necə verirsiz?
    • Siz məni verilişə buraxın. Mən əvəzində sizə reytinq verəcəm (bu ifadələr işlədilərkən filmdən erotik jestlərin əks olunduğu səhnəcik nümayiş etdirilir).

     

    Səhnəciyin ardınca aparıcı Kamran Həsənli verilişin qonağı aktrisa Vəfa Zeynalovadan ironik tərzdə soruşur:

    • Vəfa, Azərbaycanda reytinq verən müğənni tanıyırsız? (gülüşmə)
    • Hərə öz bacardığı qədər reytinq verir.
    • Yəni, hamısı reytinq verir.
    • Deməzdim.
    • Reytinq verməyənlər də var. Bəs aktrisalar arasında reytinq verən varmı?

    ...

    Aparıcı: Düşüb, qaldırmaq lazımdı (studiyada gülüşmə). Vəfa xanım, siz qaldıra bilərsiz ? (studiyada gülüşmə)

     

    Bundan başqa, verilişdə azyaşlı uşaqlarla dialoq rubrikasında Azərbaycan-Avropa münasibətləri, Bakıda keçirilmiş Avropa oyunları ilə bağlı da ironik ifadələr səsləndirilmişdir.

     

    Aparıcı: Niyə məhz ilk Avropa oyunları Azərbaycanda keçirildi?

    Uşaq: Gəlsinlər, görsünlər. Xoşları gəlsin. Biz də Avropaya gedəndə heç olmasa salam versinlər.

     

    Aparıcı: Niyə məhz ilk Avropa oyunları Azərbaycanda keçirildi:

    Uşaq: Çünki bizim pulumuz çoxdu.

    Aparıcı: Avropanın pulu yoxdu?

    Uşaq: Var. Amma onlarınkı bir az azdı.

    Aparıcı: Bunu sənə kim deyib?

    Uşaq: Atam.

    Aparıcı: Atan harda işləyir?

    Uşaq: Atam işləmir (bu cavaba aparıcı kameraya xüsusi jest etməklə baxır. Yəni ki, uşaq atasının iş yerini gizlədir).

     

    Aparıcı: Niyə məhz ilk Avropa oyunları Azərbaycanda keçirildi:

    Uşaq: Çünki Azərbaycan regionda hamıdan güclüdü.

    Aparıcı: Regionda hansı ölkələr var?

    Uşaq: Rusiya, Türkiyə, İran.

    Aparıcı: Azərbaycan bu dövlətlərdən güclüdü?

    Uşaq: Bəli.

    Aparıcı: Bunu hardan eşitmisən?

    Uşaq: Televiziyalardan (bu cavaba aparıcı xüsusi ironiya ilə gülür. Sonra isə deyir ki, uşaqlar həqiqətən də sözün düzünü danışırlar).

Yuxarı ^