• ANS Televiziyası 18 iyun 2014-cü il (Əxlaq normaları)

    18.06.2014-cü il tarixdə saat 07.00 və 10.00 arası yayımlanan «Salam Azərbaycan» verilişinin “Şou-biz” adlı rubrikasında aparıcı (İsa) tərəfindən efirə yaraşmayan ifadələr səsləndirilmişdir. Belə ki, verilişdə aparıcı  Rusiyanın xalq artisti Alla Puqaçovadan sitat gətirmişdir:  “Sekssiz yaşamağı bacarmıram. Seks hər şeydən yaxşıdır. Biz televizorda Maksimlə erotik klip izləyirdik, Maksim dəliyə döndü. Bizim üçün hər şey mükəmməl idi” – sitatın sonu.

     Aparıcı efir vasitəsilə,  bu sitata şəxsi münasibət bildirərək: - “vallah millət bu şeyləri gizlətsə də, rusiyalı məşhurlar örtülü qalmalı hər şeyi açıb ortalığa qoyurlar. Alla Barisovnaya demək istərdim ki, birdən camaat inanmaz, daha keçib də...Video çəkin və qoyun internetə, camaat sizə inansın”- demişdir.

    Bu hal «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar»ın 2.8-cı maddəsinə ziddir.

Yuxarı ^