• ANS Televiziyası 22 fevral 2013-cü il (Pornoqrafiya)

    Telekanalın efirində 22 fevral 2013-cü il tarixdə gecə saatlarında yayımlanmış «Killer Co» adlı bədii filmin əsas süjet xətti sırf pornoqrafiya olmasa da, tez-tez erotik və pornoqrafik elementlərə rast gəlinir.

    Filmin əsas məzmunu ondan ibarətdir ki, bir gənc oğlan borcunu ödəmək məqsədilə 50 min dollara həyatını sığortalamış anasını öldürmək qərarına gəlir. Bu təklifi edən oğula atası da dəstək verir. Niyyətini həyata keçirmək istəyən oğlan killer tutur və killerə ilkin ödəniş kimi seksual münasibətdə olmaq məqsədilə 12 yaşlı bacısını verir. Bu işə qızı atası da məcbur edir.

    Filmdə qızla killer arasında erotik səhnələr yer alır. Lakin əsas qeyri-əxlaqi səhnələr isə killerlə qızın ögey anası arasında baş verir. Və killer qadını əvvəlcə toyuq budu parçasını sormağa məcbur etsə də, sonrakı səhnələrdə isə qadının kişinin cinsi orqanını sorduğu aşkar görünür. Həmçinin kişinin seksual aktın sonundakı halı da, onun qeyri-ənənəvi yolla, cinsi orqanı açıq şəkildə göstərilməklə, məhz seksual təminolunma ilə məşğul olduğunu sübut edir.     

    Filmin süjet xətti əxlaqi-mənəvi cəhətdən yolverilməzdir. Filmdə əxlaqsız bir ailənin həyat tərzi nümayiş etdirilir. Filmdə ana-oğul, ata-oğul, bacı-qardaş, ata-qız, ana-qız arasında son dərəcə qeyri-əxlaqi münasibətlərin əksini tapdığı səhnələrin yer alması və yuxarıda göstərilən digər səhnələr «Televiziya və radio yayımı haqqında» Qanunun 32.0.9-cu maddəsinin proqramlarda milli mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunması ilə bağlı tələblərinə də ziddir.  

Yuxarı ^