• ANS Televiziyası 7 may 2015-ci il (Qeyri etik ifadələr)

    07.05.2015-ci il taridə yayımlanan “Salam Azərbaycan” verilişində (saat 07:00-10:00 arası) aparıcılar arasında aşağıdakı sətiraltı məzmunlu qeyri-etik ifadələrin yer aldığı dialoq yaşanmışdır (Saat 8.38-də):

    - Aytən Səfərova: (“İtibucaq” verilişinin aparıcısı Samirə müraciətlə): Sabunla aranız necedir?

    - Samir: Sabun təmizlik vasitəsidir.

    - Aytən Səfərova:  Başqa nə vasitədir? (gülürlər)

    - Samir: Bu sualı gözləmirdim.

    - Aytən Səfərova: Niyə? Azərbaycanda yaşamırsınız. Niyə də yox?

    - Samir: İndi artıq sabun istifadə edən yoxdur.

    - Aytən Səfərova: Elə insanlar var ki, sabundan hər gün istifadə edirlər. Çünki bunsuz mümkün deyil. Dogrudan belədir. Xüsusilə indiki müasir zamanənin reallıqlarını nəzərə alaraq sabun ən tələb olunan vasitələrdəndir. İndi artıq bir çox insanların işini asanlaşdırmaq üçün gel sabunları da var. Onlardan istifadə edin. (gülürlər)

    - Samir: Təmizlik baxımından insan üçün ən vacib məsələdir. Hətta həyatın tərkib hissəsidir. (gülürlər)

    - Aytən Səfərova: Sabun lazımdır. Sabunsuz bir günümüz olmasın. Bu, gigiyena vasitəsidir. Elə insanlar var ki, bu həyatda sabunsuz qala bilmirlər.

Yuxarı ^