• ANS Televiziyası 18 oktyabr 2014-cü il (Əxlaq normalarının pozulması)

    18 oktyabr 2014-cü il tarixdə saat 22.40 - 23.20 arasında yayımlanan «Komedi.az» yumoristik verilişində qeyri-etik məzmunlu səhnələr və sətiraltı ifadələrə yer verilmişdir (saat 22.53 - 23.00 arası).

    Məsələn, səhnəciklərin birində ər evə şampan butulkası ilə daxil olur və onu evin ortasına qoyaraq qadına baxır. Qadın isə ərinə yalvarır ki, onu buna məcbur etməsin. Lakin guya sonda belə anlaşılır ki, əri butlkanı evə sadəcə arvadının onun ağzını açması üçün gətiribmiş.

    Bütün hallarda qadının reaksiyası və zaldan eşidilən gülüş səsləri səhnəcikdə «qara yumor» olduğunu deməyə əsas verir. 

     

    Digər səhnəcikdə isə qadının Tofiq adlı birisi ilə ərinə xəyanət etməsi səhnəsi yer alıb.

    Səhnəcikdə qadın deyir: Toyuq yumurtlamırdı, Tofiq barmaq elədi, yumurtladı.

    Ər: Yumurtalar necə oldu?

    Qadın: Tofiqdə

    Ər: Tofiqin yumurtalarını demirəm (zalda gülüşmə)

    Qadın: Çox sağ ol əvəzi yumurta verdim də.

    Ər: Verdin ona yumurtanı?

    Qadın: Hə, verdim. Verdim ona (zalda gülüşmə)…yumurtaları.

     

     

    Ər: Sən çoxdandı çalırsan?

    Qadın: Bu nə sualdı verirsən? Təhqir edirsən məni?

     

    Səhnəciyin sonunda «selfie» çəkərkən telefonun səsi əvəzinə qəsdən qeyri-etik söyüşdən istifadə edilmişdir, hansı ki, həmin söyüşü ARAYIŞa yazmaq mümkün deyil (söyüş saat 23.00-da səsləndirilmişdir. Söyüş səslənərkən zaldan gülüş səsləri eşidilir).  

    Bu hal «Televiziya və radio yayımı haqqında» Qanunun 32.0.1-ci (proqramlarda “maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilmədir), 32.0.9-cu (proqramlarda milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) və «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar»ın 2.8-ci maddəsinə ziddir.

Yuxarı ^