• ANS Televiziyası 27 sentyabr 2014-cü il (Əxlaq normalarının pozulması)

    27 sentyabr 2014-cü il tarixdə saat 22.30 - 23.20 arasında yayımlanan «Komedi.az» yumoristik verilişində qeyri-etik sətiraltı məzmunlu ifadələrə yer verilmişdir (saat 22.43-də). Belə ki, personajlardan biri tərəfindən oxunan şeirlər aşağıdakı məzmunda olmuşdur:

     

    Qonşumuz işləyir məktub paylayan

    Hələ də heç kimə vurmayıb ziyan

    Hərdən xəstələnir beli ağrıyır.

     Ağrıya baxmayır yenə paylayır.

    Yenə paylayır, yenə paylayır…

    Ağrıya baxmır yenə paylayır.

    Sərxoş halda qonşum su daşıyırdı.

    Ağzına nə gəldi sayıqlayırdı.

    Ayağı ilişdi diz üstə çökdü.

    Vedrəni aşırıb üstünə tökdü.

     Üstünə tökdü, üstünə tökdü

    Müəllimə məktəbdə izah edirdi

    Diqqətlə oxuyun dərsi deyirdi

    Heyvanat aləmi çox məzəlidir

    Sürünən deyil bu, bu, məməlidir.

    Bu məməlidir, bu məməlidir…

    Məhlədə bir qıza kitab vermişəm.

    Sonradan bildim ki, səhv etmişəm.

    Kitabı qaytar, hər gün deyirəm.

    Deyir qoy oxuyum sabah verərəm.

    Sabah verərəm, sabah verərəm

     

    Almışam dükanda kitay qələmi

    Yonuram, yazmayır, cırır dəftəri.

    Hamısı qırıldı qaldı sonuncu.

    Yonmaqdan qələmin yeyildi ucu.

    Yeyildi ucu, yeyildi ucu

     

    Bu hal «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar»ın 2.8-ci maddəsinə ziddir.

     

     

     

Yuxarı ^