• ANS Televiziyası 14 iyun 2015-ci il (Əxlaq normalarının pozulması)

    14 iyun 2015-ci il tarixdə saat 11.00 – 13.30 arası yayımlanan “Bazar səhəri” verilişində də qeyri-etik məzmunlu müzakirəyə yer verilmişdir.

    Saat 11.26-da:

    Aparıcı Kamran: Orta əsrlərdə qərbli kişi evdən çıxanda qadını özünə qıfıl vurardı. Guya ki, əri evə qayıdanda o qıfılı yoxlayacaq və qadının sadiqliyindən razı qalacaq. Ailə institutları sovet dönəminə kimi yaşadı. Sovet dövründən sonra hər şey dağıldı. Qadın abırsızlığı, həyasızlığı həddindən artıq artdı.

    Aparıcı Rövşanə: Bir dəqiqə təkcə qadınlardamı? Deyirsən ki, qadınlarda həyasızlıq? Bəs kişilərdə nə baş verdi? Kişilər qadınlardan çox can atırlar belə şeylərə. Cinsi azlıqlar artdı. Kişilərdə baş verən dəyişiklikləri də demək lazımdır.

          Bu hala yol verməklə ANS TV «Televiziya və radio yayımı haqqında» Qanunun 3-cü maddəsində yer alan teleradio fəaliyyətinin əsas prinsiplərini – “yayımçı öz fəaliyyətində milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi prinsiplərinə əsaslanır” – pozmuşdur. 

Yuxarı ^