• ANS televiziyası 8 mart 2015-ci il (Əxlaq normalarının pozulması)

    “ANS” telekanalının hər bazar saat 11.00-13.20 arası efirə gedən “Bazar səhəri” verilişi, bəzi hallarda qeyri-etik ifadə və jestlərlə müşayiət olunan müzakirələrə yer ayırır. Bu verilişə dəvət olunanlar cəmiyyətin müxtəlif sferalarını əhatə edən nümayəndələrdən (vəkil, jurnalist,həkim, yazıçı-şair və şou-biznes nümayəndələri) ibarət olur.

    08 mart 2015-ci il tarixdə saat 11.00 – 13.30 arası yayımlanan “Bazar səhəri” verilişində qeyri-etik sətiraltı məzmunlu müzakirələrə yer verilmişdir.

    Saat 12.35-də:

    Aparıcı: Yol kənarında açıq-saçıq, qısa ətəkli geyinən xanımı görəndə avtomobilinizi heç saxlamısınız?

    Müğənni Nadir Qafarzadə: Çılpaq niyə gəzir? Şubasını geyinsin də.

    Aparıcı: Şubası yoxdur da.

    Müğənni Nadir Qafarzadə: Şubası yoxdur.... Onda ucuzdur ki, (yəni ucuz fahişə) şuba almayıblar ona.

    Saat 12.37-də:

    Aparıcı: Məclisdə yanınızda oriyental rəqqasə oynayarkən onun sinəsinə pul qoymusunuz, yoxsa?

    Müğənni Nadir Qafarzadə: Yox, heç yerinə.

    Müğənni Manaf Ağayev: Qoymuşam.

    Müğənni Nadir Qafarzadə: (Müğənni Manaf Ağayevə) Necə yəni qoymuşam? Hara, nə qoymusan? (ironiya ilə)

    Müğənni Vasif Məhərrəmli: Qoymuşam.

    Müğənni Nadir Qafarzadə: (Müğənni Vasif Məhərrəmliyə) O da qoyub...

     Müğənni Vasif Məhərrəmli qəhqəhə çəkib gülür.

     

    Studiyada gülüşmə.

    Müğənni Nadir Qafarzadə (Guya təəccüblənərək): Aaa, sual var idi də. Sinəsinə pul qoymusunuz, yoxsa? Aaa, nə dedim ki, mən? Bir söz dedim?... dedim qoyub da...

    Aparıcı müğənnilərə müraciətlə: Cenifer Lopez bədəninin bir hissəsini sığorta etdirib. Bilirsiniz harasıdı?

    Müğənnilər: Bəli, bilirik.

    Saat 12.38-də:

     

    Aparıcı müğənnilərə müraciətlə: Elza Seyidcahanın şeirlərini oxumusunuz?

    Müğənni Nadir Qafarzadə: Həəə. Onun bir şeiri var a: sənə o verdi. Allah verdi. O, buna verdi, bu, ona verdi. Gül verdi. Çiçək verdi. Opüş verdi. Bu gözəl şeirdi. Sozün kökündə “verdi” var...

        

    Studiyada gülüşmə.

Yuxarı ^