• ANS Televiziyası 05 oktyabr 2015-ci il (Atmacalar)

    05 oktyabr 2015-ci il tarixdə saat 07.00-10.00 arası yayımlanan “Salam Azərbaycan” verilişində aparıcı Cəlalə Nəzəroğlu aşağıdakı ifadələri işlətmişdir: “Bəzi şəxslər və qurumlar var ki, kimlərisə ya şəxs olaraq, ya qurum olaraq milli-mənəvi dəyərlərə əməl etməməkdə günahlandırırlar və bəzi şəxslər özləri buna əməl etmirlər. Bunu tənqid eləyən həmin şəxsləri ifşa eləyən bir mahnı var. “Qan qrupu”nun ifasında. “Metamorfoza” adlanır bu mahnının adı. Həmin mahnını təqdim edirik” (Saat 08.09-da).

    Həmin mahnının sözlərində müəyyən atmacalar öz əksini tapıb. Mahnının sözləri əsasən aşağıdakılardan ibarət olmuşdur:

     

    «Milli Marfoza»

    Savaş gedir, qan tökülür azəri torpağında

    Millət defile eyləyir düşmənin qabağında

    Atəşkəsdən yararlanıb alver edir arada

    Dədəm Qorqud sahə alıb Badamdar bağlarında

     

    ….

    Koroğlunun gözü doymur yığdığı rüşvətlərdən

    ….

    Natavan başçılıq edir ordumuza Dubayda

    Anoloqu, ataloqu yoxdu bu savaşın,

    Qaçaq Nəbi mersedesdə göynən gedir, qardaşım.

    İşi xoddur, biznesmendir, neft satır maşın-maşın.

    Neftdən qabaq torpaq satıb dollara arşın-arşın.

     

    İyirmi Yanvar yer altında bizi çəkir sınağa

    İyirmi faiz yoxdur yer üzündə, ümid yoxdur sabaha

    Oruc qəza, namaz batil, həccə getmirik daha

    Babək göydələnlər tikir yaxın olsun Allaha

     

    Yenə millət yola çıxıb həqiqət axtarmağa

    Ağızlar hər an hazırdı söyüşə, qışqırmağa,

    TV-lərdə Nuşirəvan rep oxuyur bayquşa

    Fitnə şəxsi fitnes klubda öküz qaldırır başa

    ….

    Qatır Məmməd dəstəsilə qaşlarını aldırır

Yuxarı ^