• ANS Televiziyası 15 sentyabr 2014-cü il (Əxlaq normalarının pozulması)

    15 sentyabr 2014-cü il tarixdə saat 07.00 və 10.00 arası yayımlanan «Salam Azərbaycan» verilişində şou-biznes xəbərlərinin aparıcısi İsa Şükürov tərəfindən xüsusi əda ilə aşağıdakı sətiraltı məzmunlu ədəbsiz ifadələr işlədilmişdir (saat 07.43 və 09.42-də):

    “Bəli, bu Elza Seyidcahan idi. isə verməkdən danışırdı. Bu vermək əməlli başlı səs-küyə səbəb oldu. Əslində burda Ərdoğanın işlətdiyi bir ifadə yada düşdü “verməzsən vermə. Bu millət mənə yetər”. Amma qoyum Ərdoğanı qırağa. Keçim əsas məsələyə. Axı Elza Seyidcahan harda verib. Kimə verib. Niyə verib. ən əsası verib. Bax budur əsas sual. Cavabı da sadədir. Elza xanım elə ANS-ə verib. Yəni müsahibə”.

    Bu hal “Televiziya və radio yayımı haqqında” Qanunun 32.0.9-cu maddəsinə (proqramlarda milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) və «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar»ın 2.9-cu (efirdə ədəbsiz ifadələrin işlədilməsi saat 07.00-dan 23.00-dək yolverilməzdir) maddəsinə ziddir.

Yuxarı ^