• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 05 oktyabr 2015-ci il tarixli 09/1 saylı qərarı

     

    Bakı şəhəri                                                                                                                                            05 oktyabr 2015-ci il

     

    Qərar 09/1:

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 23.1, 32, 39.6-cı maddələrini, “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 13-cü maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası  haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq,  ANS” televiziyasının efirində yayımlanan “Salam Azərbaycan” proqramında insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, şəxslərin Azərbaycan Respublikasının   Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq QƏRARA ALIR:

    1.  “ANS” televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək  yayımlanan “Salam Azərbaycan” proqramının yayımı 06 oktyabr 2015-ci il tarixdən etibarən 10 (on) gün müddətinə dayandırılsın.

    2. “ANS” televiziyasının efirində yayımı dayandırılmış “Salam Azərbaycan” proqramının efir vaxtında mədəni-maarifçilik, intellektual xarakterli proqramların  yayımı ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən  təmin edilsin.    

    3.  “ANS” televiziyasının efirində yayımı dayandırılmış “Salam Azərbaycan” proqramının efir vaxtında tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatın yayımlanması ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən  təmin edilsin.

    4. Qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində qərardan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət verilə bilər.

     

     

Yuxarı ^