• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 21 may 2015-ci il tarixli 05/2 saylı Qərarı

    Qərar 05/2:

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.4, 187-1.0.5-ci maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 35.2, 35.7-ci maddələrini, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2004-cü il 28 sentyabr tarixli 767-IIQ saylı Qanununun 15.3-cü maddəsinin tələblərini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası  haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq  QƏRARA ALIR:

    1.  “İctimai” televiziyanın efirində 10, 17 may 2015-ci il tarixlərdə saat 11:00-11:22 arasında yayımlanan “Müasir ev”,  02, 25 may 2015-ci il tarixlərdə saat 15:15-15:54 və 15:15-15:54 arasında yayımlanan “Ulduzlu qonaq”, 03, 10, 17 may 2015-ci il tarixlərdə yayımlanan Evakuator şou”, 11, 17 may 2015-ci il tarixlərdə saat 13:40-14:50 arasında yayımlanan “Sağlam yaşamaq”, 16 may 2015-ci il tarixdə yayımlanan “Bioloji təbabət” verilişində gizli reklamın yayımlanması və reklamın qanunla müəyyənləşdirilmiş həddəndən artıq yayımlanması ilə «Televiziya və radio yayımı haqqında» Qanunun 35.2, 35.7-ci maddələrinin və “sponsorun maliyyə yardımı ilə hazırlanmış verilişlərdə sponsorun və ya üçüncü şəxsin mallarının (xidmətlərinin) alqı-satqısına, yaxud icarəsinə təhrikə yol verilməsi ilə əlaqədar “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 15.3-cü maddəsinin tələblərinin pozulmasına görə “İctimai Televiziya və Radio Yayımları Şirkəti” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.4-cü və 187-1.0.5-ci maddəsi ilə təqsirli bilinsin.

    2. “İctimai Televiziya və Radio Yayımları Şirkəti”-nin əmlak vəziyyəti nəzərə alınmaqla  onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 24, 32.3, 33.1.1-ci maddələri tətbiq edilməklə “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə xəbərdarlıq elan edilsin.

    3.  Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.

Yuxarı ^