• Milli Mətbuatın 140 illiyi ilə bağlı tədbirdə media qurumları və jurnalistlər təltif olunublar

    22 iyul 2015-ci il tarixdə Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan mətbuatının keçdiyi yola həsr olunmuş filmin nümayişindən sonra prezident İlham Əliyevin sərəncamı ilə təltif olunmuş jurnalistlərə fəxri adların və medalların təltif olunması mərasimi keçirilib. Mükafatları Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib. Daha sonra isə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) I Avropa Oyunlarının ən geniş işıqlandırılması ilə bağlı elan etdiyi müsabiqənin qalibləri açıqlanıb. Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatının təqdim olunması mərasimindən sonra isə KİV DF-nin jurnalistlər üçün təşkil etdiyi fərdi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb və “Bakcell” şirkətinin jurnalistlər üçün xüsusi bayram hədiyyələri təqdim olunub. Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib. http://news.lent.az/news/209442 Tarix 22.07.2015 / 23:12
Yuxarı ^