• 07 iyul 2015-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir

    İclasda Space Müstəqil Tele-radio Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilmişdir. İclasda “Space Müstəqil Tele-radio Şirkəti” rəhbərinin proqram siyasətində dəyişikliklər etməsi, qanun pozuntusuna yol vermiş işçilər barəsində ciddi tədbirlər görməsi müsbət hal kimi qeyd edilmiş, Space televiziyasında 2015-ci il sentyabr ayından başlayaraq şou xarakterli verilişlərin həcminin azaldılacağı, maarifçilik, mədəni, intellektual xarakterli verilişlərə üstünlük veriləcəyi barədə kanal rəhbərinin vədi nəzərə alınmışdır.

    Eyni zamanda  “Space” televiziyasında 30 iyun 2015-ci il tarixdə saat 14.30-da efirə gedən “Günaydın” verilişində proqrama verilmiş tələblərə əməl edilməməsi,  03 iyul 2015-ci il tarixdə saat 11.00-da efirə gedən  “Əsl şou” verilişində ədəbsiz ifadələrdən istifadə edilməsi, eyni zamanda 11 may, 12 may, 13 may, 14 may, 15 may, 03 iyun, 08 iyun,  17 iyun, 22 iyun, 24 iyun, 30 iyun, 03 iyul, 05 iyul, 06 iyul 2015-ci il tarixlərdə reklamın yayımı ilə bağlı qanunverciliyin tələblərinin (“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 32, 35.4, 35.5, 35.7-ci maddələri) pozulmasına görə “Space Müstəqil Tele-radio Şirkəti”nə xəbərdarlıq elan edilmişdir. 

Yuxarı ^