• 10 aprel 2015-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

    İclasda “Şam” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılmışdır.

    Milli Televiziya və Radio Şurasının qərarına əsasən “Şam” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır. Eyni zamanda «Türkel TV” MMC-nin peyk yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətinə baxılmış,  «Türkel TV” MMC-yə peyk yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir. İclasda həmçinin “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın layihəsi təsdiq edilmişdir. 

Yuxarı ^