• İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV)

    İctimai Televiziya və Radio Yayımları Şirkəti

     

    İctimai Televiziya və Radio Yayımları Şirkəti «İctimai televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılmışdır. Həmin Fərmana əsasən Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilmişdir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti «İctimai Televiziya və Radio yayımı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası 9 üzvdən ibarətdir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri  Məmmədli Cahangir Əbdüləli oğludur. Baş direktor isə ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir. 

    Milli Televiziya və Radio Şurasının 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün müddətsiz xüsusi razılıq (lisenziya) verilmişdir

     

    Ünvan: Bakı şəhəri,

    Yasamal rayonu, Şərifzadə 241.

    Tel: (994 12) 431-17-37, 430-22-64. daxili: 2 01

    Faks: (994 12) 430-34-26

    E-mail: info@ itv.az

    İnternet səhifəsi: www.itv.az

Yuxarı ^