• «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti (AzTV)

     «Azərbaycan Televiziya və Radio Verilişləri»

    Qapalı Səhmdar Cəmiyyəti

     

    Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti 1955-ci ildə yaradılmış və 14 fevral 1956-cı ildə yayıma başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 25 aprel 1991-ci il tarixli 207 saylı Fərmanı ilə «Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri  Şirkəti haqqında Əsasnamə» təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 mart 2005-ci il tarixli 213 saylı Fərmanına əsasən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri  Şirkəti ləğv edilmiş və onun bazasında ilkin mərhələdə bütün səhmləri dövlətə məxsus olan «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti  yaradılmışdır. «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyun 2005-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.

    Azərbaycan Dövlət Televiziyası fəaliyyət göstərdiyi illər ərzində ona İsrafil Nəzərov (1956), Teymur Əliyev (1956-1964), Ənvər Əlibəyli (1964-1967), İmran Qasımov (1967-1968), prof. Qurban Yusifzadə (1968-1982), Elşad Quliyev (1982-1990), Qeysər Xəlilov (1990-1991), Məmməd Murad (1991-1992), Məmməd İsmayıl (1992-1993), Babək Məmmədov (1993-1996), prof. Nizami Xudiyev (1996-2006) rəhbərlik etmişdir. 16 avqust 2006-cı il tarixdən isə «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinə Arif Alışanov rəhbərlik edir.

    Milli Televiziya və Radio Şurasının 02 sentyabr 2011-ci il tarixli qərarı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır.

     

    Ünvan: AZ1011, M.Hüseyn 1,

    Bakı, Azərbaycan.

    Telefon: (+99412) 4923807.

    Faks: (+99412) 4972020

    İnternet ünvanı: www.aztv.az

    .

Yuxarı ^