• Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının səlahiyyət müddəti başa çatmış olan aşağıdakı təşkilat qrupları üzrə üzvlüyə namizədlərin seçilməsi məqsədi ilə MÜSABİQƏ ELAN EDİR

    İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları və qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlərin 14 aprel 2015-ci il tarixdə  səlahiyyətlərinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 7.4-cü,  "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.1-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının aşağıdakı təşkilat qrupları üzrə üzvlüyə namizədlərin seçilməsi məqsədi ilə müsabiqə elan edir:

    - Sahibkarlar Şurası;

    - gənclər təşkilatları;

    - qadın cəmiyyətləri.

    Göstərilən təşkilat qrupları üzrə namizədlərin seçilməsi 20 mart 2015-ci il tarixədək təmin olunmalı, yekun protokollar və seçilmiş namizədlər barədə məlumatlar Milli Televiziya və Radio Şurasına (Ünvan: Nizami küç., 145, əlaqə: 012-598-36-59) təqdim edilməlidir.

     

Yuxarı ^