• Space televiziyası 22 noyabr 2014-cü il

    22 noyabr 2014-cü il tarixdə saat 20.30-da efirə gedən “Hər həftə” xəbərlər-informasiya proqramının yayımı zamanı dayə tərəfindən azyaşlı uşağa qarşı fiziki zorakılıq,  xəsarətyetirmə səhnəsi xəbərdarlıq edilmədən nümayiş etdirilmişdir (saat 20.41). 
    Bu hal «Televiziya və radio yayımı haqqında» Qanunun 33.2-ci maddəsinə (göstərilmə vaxtı məhdudlaşdırılmış proqramların yayımından əvvəl bu barədə mütləq məlumat verilməlidir) və «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar»ın 2.1-ci maddəsinə (fiziki zorakılığın təsvirinin, sadizmin, vandalizmin və ya digər qəddarlıq səhnələrinin, əzab və xəsarət yetirmənin yer aldığı səhnələrin yayımı saat 07.00-dan 23.00-dək məhdudlaşdırılır) ziddir.
     

     

Yuxarı ^