• 10 sentyabr 2014-cü il tarixdə Park İnn hotelinin Dan Ulduzu konfrans zalında Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun (Black Sea Regulatory Authorities Forum – BRAF) 5-ci İclası keçirilmişdir.

    Forumda media maarifləndirilməsi mövzusunda fikir mübadiləsi aparılmış, növbəti illik Forumun mövzusu müəyyənləşdirilmişdir.

    Eyni zamanda BRAF Baş Katibliyi tərəfindən üzv dövlətlərin teleradio yayımı sahəsində mövcud vəziyyətinin, üzv dövlətlərin illik forumlarda nəzərdə tutulan təqdimatlarının əks olunduğu məcmuənin nəşr edilməsi qərara alınmışdır. Eyni zamanda BRAF-ın  BSEC-in (Black Sea Economic Cooperation) institusional qurumu olması üçün BSEC-ə müraciət edilməsi barədə razılıq əldə edilmişdir. 

Yuxarı ^