• 10 sentyabr 2014-cü il tarixdə saat 10:00-17:00-da Park İnn hotelinin Dan Ulduzu konfrans zalında Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun (Black Sea Regulatory Authorities Forum – BRAF) 5-ci İclası keçiriləcəkdir.

    Forumda "Yeni media" mövzusuna yenidən baxış keçiriləcək və "Media maarifləndirilməsi" mövzusunda fikir mübadiləsi aparılacaq. Xatırladaq ki, BSEC (Black Sea Economic Cooperation) üzv dövlətlərinin yayım tənzimləyici orqanları 2008-ci il 30 iyun tarixində BSEC-in İstanbuldakı Baş qərargahında toplanmış və Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun (Black Sea Regulatory Authorities Forum – BRAF) yaradılmasını elan edən Birgə Deklarasiya qəbul edilmişdir.

    Üzv dövlətlərin nümayəndələri gələcək əməkdaşlıq və yayım sektorunda əsas məsələlərin müzakirəsi məqsədilə BRAF hər il bir üzvünün dəvəti ilə İllik İclasını keçirir.  BRAF-ın Daimi Katibliyi Türkiyənin Ankara şəhərində RTÜK binasında yerləşir.

Yuxarı ^