• Uşaqlar üçün internetdə təhlükəsiz davranış haqqında yaddaş kitabçası

    Özünü, ailə üzvlərini və valideynlərini internetin təhlükələrindən və  zərərlərindən qorumaq üçün  internetdə işləyərkən uşaq aşağıda adları çəkilən ehtiyat tədbirləri görməlidir:
    Hec bir zaman öz adınızı, telefon nömrənizi,yaşadiğınız və oxuduğunuz ünvanları, kredit kartların nömrələrini və ya parollarını, asudə vaxtının keçirmə yerini və sevimli istirahət yerlərini bildirməyin.
    Hec bir şəxsi məlumatı, o cümlədən, oxuduğunuz məktəb, tez-tez getdiyiniz və ya getməyi planlaşdırdığınız yer haqqında və s. bildirməyən, seksual işarəsi olmayan neytral nik addan istifadə edin.
    Kompüterdən istifadə zamanı sizi nə isə qorxudursa, dərhal onu söndürün. Bu barədə valideynlərə və ya başqa böyüklərə danışın.
    Sizi internetdə pərt  edən və həyəcana salan hər bir hadisə haqqında böyüklərə danışın.
    Spamları və istənilməyən məktubları bloka salmaq məqsədi ilə hər zaman  elektron poçtunuzda filtrdən istifadə edin.
    İnternetdə tanış olduğunuz insanlar ilə heç bir zaman görüşməyə razı olmayın. Bu cür  təkliflər barədə dərhal valideynlərinizə danışın.
    Kimsə sizə şəxsi və ya seksual  xarakterli sual verdikdə həmin şəxslə elektron poçtda, sms mübadiləsi sistemlərində, çatlarda bütün əlaqəni  kəsin. Bu barədə valideynlərə danışın.
Yuxarı ^