• Terminlər

    TERMİNLƏR

     

    Audiovizual Media - televiziya, radio, electron kommunikasiya şəbəkələri vasitəsi ilə media provayderinin redaksiya məsuliyyəti altında ümumi ictimayyətin informasiya, əyləncə, təhsil xarakterli proqramlarla təmin edilməsi.

     

    Kommersiya kommunikasiyası - malların, xidmətlərin, iqtisadi fəaliyyət ilə məşğul olan hüquqi və ya fiziki  səxsin bilavasitə və ya bilvasitə səs ilə müşayiət olunan və ya olunmayan təsvirləri. Bu cür təsvirlər pul ödənişinə və  ya ona bərəbər tutulan haqqa əsaslanaraq, özünü reklam etmə (self-promotion) məqsədilə proqrama daxil olunur və ya proqramı müşayiət edir. Audiovizual kommersiya kommunikasiya növlərinə televiziya reklamı, sponsorluq, teleticarət, məhsul yerləşdirməsi daxildir.

     

    Məhsul yerləşdirilməsi (Product placement) - filmlərdə, televiziya verilişlərində, kompüter oyunlarında, musiqi kliplərində, kitablarda, şəkil və təsvirlərdə qəhrəmanların real kommersiya analoqu olan rekvizit istifadəsindən ibarət gizli reklam üsulu. Adətən reklam olunan məhsulun özü və ya onun loqotipi nümayiş etdirilir ya da ki, yaxşı keyfiyyəti xatırlanır.

     

    Teletekst – televiziya ekranından birbaşa oxuna bilən informasiya (xəbərlər, proqram siyahısı və s.)

     

    Rəqəmli televiziya – rəqəmli modulyasiyadan və MPEG kompressiya standartından istifadə edilərək ötürücüdən televiziya qəbuledicisinə video və audio siqnalın ötürülməsi.

     

    EPG (Elektron Program Guide), Elektron Proqram Bələdçisi – rəqəmli televiziya və radio yayımı sahəsində rəqəmli məzmunun idarə edilməsində çevikliyi təmin edən interaktiv xidmət. 

     

    ASO (Analogue Switch Off), analoq yayımın dayandırılması  - sonuncu analoq ötürücüsünün söndürülmə anı.

     

    STB (set top box), rəqəmli çevirici qurğu - DVB-T (MPEG-4) standartında olan yerüstü televiziya yayım siqnalını qəbul edən, dekodlaşdıran və sonradan video və audio siqnalı analoq televiziya qəbuledicisinə ötürən qurğu.

     

    Multipleks (MUX) - televiziya kanallarınından (xidmətlərindən) ibarət paket;  bir radiotezlikdən istifadə edərək teleradioyayımı həyata keçirilən televiziya və radio kanallarının  siyahısı.

     

    Multipleks operatoru - çoxsaylı media xidmətlərini bir və ya bir neçə siqnalda birləşdirərək, həmin siqnalların media xidmət provayderləri və şəbəkə operatorları və ya ötürücü sistemlər və operator şirkətləri arasında ötürülməsini təmin edən şirkət.

     

    Şəbəkə operatoru -  media xidmətlərinin ötürülməsi üçün şəbəkənin idarəetməsini həyata keçirən  təşkilat.

     

    Yayım mühütü - kabel, peyk, yerüstü və bənzər  ötürmə

     

    DVB  (Digital Video Broadcasting), Rəqəmli Video Yayım  – ETSİ (Avropa Yayım Standartları İnstitutu) tərəfindən qəbul edilən yüksək yayım keyfiyyətini təmin edən rəqəmli multimedia yayımının ümumi açıq Avropa standartı.

     

    DVB-T (Digital Video Broadcasting - Terrestrial), Rəqəmli Video Yayım – Yerüstü – rəqəmli efir yayımının Avropa standartı.

     

    DVB-T2 (Digital Video Broadcasting - Terrestrial), Rəqəmli Video Yayım – Yerüstü – rəqəmli efir yayımının yeni Avropa standartı.

     

    MPEG-4 – video və audionun kompressiya (sıxılma) standartı.

     

    VoD (Video on Demand), istək əsasında video - istifadəçi tərəfindən izlənən video və ya audio məzmun.

     

    Catch-up TV (və ya Replay TV) - televiziya proqramlarını yayım günündən sonraki bir neçə gün ərzində internet vasitəsilə yayımlayan Internet Televiziyanın  növü. Proqramlar internetə yayımçı tərəfindən yerləşdirilir.

     

    Connected TV, birləşmiş və ya əlaqəli TV - paralel olaraq iki şəbəkəyə daxil olmaq imkanı verən hibrid televizor deməkdir. Bir tərəfdən DVB (məsələn DVB-T, DVB-S və ya DVB-C) yayım şəbəkəsi ilə əlaqə yaranır, bununla da, hibrid terminal standart audiovizual yayımı (yəni, xətti audiovizual məzmunu) qəbul edə bilir. Digər tərəfdən hibrid terminalın internetə çıxışı olur və bu provayderlə iki istiqamətli əlaqə yaratmağa imkan verir. Bu interfeys üzərindən terminal əlavə informasiya və qeyri xətti audiovizual məzmunu (yəni, istək əsasında (on demand) paylanan audiovizual məzmunu) qəbul edə bilir.

     

    DTO (download-to-own) / DTR (download-to-rent) - a) daimi saxlamaqla (şəxsi məqsədlə yükləmə); b) məhdud müddət saxlamaqla (kirayə vermək məqsədlə yükləmə) provayderdən proqramın qanuni yüklənməsi.

     

    OTT (over-the-top) - axtarış vasitələri (yəni, Google, Bing), sosial media (yəni, Facebook, Twitter, LinkedIn), məzmun cəmləyiciləri (yəni, YouTube, Vimeo, Daily motion), ticarət portalları (yəni,  Amazon, E-bay), hostinq /fayl paylayıcıları (yəni, Rapidshare, Dropbox) və portallar (yəni, Yahoo!, ESPN, AOL) kimi Internet Xidməti Providerindən asılı olmayan üçüncü operator tərəfindən internet vasitəsilə göstərilən xidmətlər.

     

    NPVR (Network Personal Video Recorder) -  istifadəçinin  mənzilindən fərqli olaraq provayderin əsas sahəsində  yerləşdirilən şəbəkəyə qoşulmuş rəqəmli video cihaz.

     

    ODS (Operational Data Store) - istək əsasında audiovizual media xidməti (yəni, qeyri xətti audiovizual media xidməti); media xidmət provayderi tərəfindən ayrılmış proqram kataloqu əsasında istifadəçinin şəxsi sorğusu ilə seçilmiş və onun tərəfindən müəyyən edilən zaman baxılan proqramları əhatə edən xidmət.

     

    UGC (User-generated Content) - İstifadəçi tərəfindən yaradılan məzmun (YouTube və ya Daily Motion)

     

    Media maarifləndirilməsi (Media literacy) - istehlakçıya mediayadan effektiv və təhlükəsiz  istifadə etmə imkanı verən qabiliyyət və biliklərin öyrədilməsi və təbliğ edilməsi. Media-bilikli insan düzgün seçim etmə,  məzmunun və xidmətlərin mənasını  anlama və yeni kommunikasiya texnologiyaları tərəfindən təklif olunan geniş imkanlardan faydalanma  bacarığına malik olur.  Onlar özlərini və öz ailələrini zərərli və ya xoşagəlməz materiallardan daha yaxşı qoruya bilir. Avropa Parlamentinin və Avropa Şurasının 20 dekabr 2006-ci il tarixli Tövsiyyələrinə media maarifləndirilməsinə kömək etmək məqsədilə müəllimlərin və instruktorların təhsili, azyaşlı uşaqlar üçün xüsusi internet təlimləri, valideynlərin və ya vətəndaşlara yönəldirilən milli kampaniyaların  yığıncaqları,  bütün media kommunikasiyalarının cəlb edilməsi  kimi bir sıra  tədbirlər daxil edilmişdir. 

     

    IPTV (İnternet Protocol Television), İP və ya interaktiv televiziya, IP protokolu ilə məlumatları lokal şəbəkədə ötürən interaktiv televiziya. IPTV abunəçilərə kontent sifariş verməyə və onun yayımını idarə etməyə imkan yaradır.

     

    Yayımçı - televiziya və radio  yayımının media xidmət provayderi.

     

    Media xidmət provayderi - audiovizual media xidmətində audiovizual məzmun seçimində redaksiya məsuliyyəti daşıyan və məzmunun  təşkil olunması qaydasını müəyyən edən hüquqi və ya fiziki şəxs. 

     

    Redaksiya məsuliyyəti  – proqram seçiminə, təşkilinə, televiziya yayımında xronoloji cədvələ və VoD-da (istək əsasında videoda) isə kataloqun təşkil olunması prosesinə nəzarətin həyata keçirilməsi. Redaksiya məsuliyyəti milli qanunvericilikdə məzmun və xidmət provayderləri üçün məcburi olan hər hansı bir hüquqi öhdəlik nəzərdə tutmur.

     

    HDTV (High Definition Television), Yüksək Çözünürlüklü Televiziya -  ənənəvi TV yayım standartlarından (PAL, SECAM, NTSC) daha yüksək dəqiqlik təmin edən bir yayım standartı. 

     

    3D TV (3-dimension Television), Üçölçülü Televiziya – tamaşacıya “dərinlik effektini”  çatdıran, həcmli təsviri olan televiziya. Müasir  televiziya qəbuledicilərində stereoeynək sistemi, polyarizasiya eynəkləri və ya displeydə parallaks maneə sistemi istifadə olunur. Hal-hazırda stereoskopik eynəklərdən istifadə etmədən dərin həcmli təsviri görməyə imkan yaradan  televiziya gəbulediciləri də mövcuddur.

     

     

Yuxarı ^