• Media maarifləndirilməsi (Media literacy) anlayışı

     Media maarifləndirilməsi (Media literacy)  - istehlakçıya mediayadan effektiv və təhlükəsiz  istifadə etmə imkanı verən qabiliyyət və biliklərin öyrədilməsi və təbliğ edilməsi. Media-bilikli insan düzgün seçim etmə,  məzmunun və xidmətlərin mənasını  anlama və yeni kommunikasiya texnologiyaları tərəfindən təklif olunan geniş imkanlardan faydalanma  bacarığına malik olur.  Onlar özlərini və öz ailələrini zərərli və ya xoşagəlməz materiallardan daha yaxşı qoruya bilir. Avropa Parlamentinin və Avropa Şurasının 20 dekabr 2006-ci il tarixli Tövsiyyələrinə media maarifləndirilməsinə kömək etmək məqsədilə müəllimlərin və instruktorların təhsili, azyaşlı uşaqlar üçün xüsusi internet təlimləri, valideynlərin və ya vətəndaşlara yönəldirilən milli kampaniyaların  yığıncaqları,  bütün media kommunikasiyalarının cəlb edilməsi  kimi bir sıra  tədbirlər daxil edilmişdir.  

Yuxarı ^