• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 21 may 2014-cü il tarixli 07/1 saylı Qərarı

    Azərbaycan Respublikası

    Milli Televiziya və Radio Şurası

     

    Qərar 07/1

     

    Bakı şəhəri                                                                                       21 may 2014

     

     

    Milli teleserialların çəkilişi məqsədilə teleradio yayımçılarına maliyyə vəsaiti (qrant) ayrılması barədə

     

    Qərar 07/1:

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsini, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini, Azərbaycan Respublikası  Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.20-ci bəndini və “Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2013-ci il tarixli Sərəncamının tələblərini rəhbər tutaraq  QƏRARA ALIR:

    1. Milli teleserialların çəkilişi məqsədilə “Azad Azərbaycan Teleradio Kompaniyası”, “Lider TV və Radio Azərbaycan” MMC, “Space Müstəqil Teleradio Kompaniyası”,  “Xəzər TV” MMC, “Region TV” MMC və “ANS Müstəqil Yayım və Media Şirkəti”nə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 200 000  (iki yüz min) manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılsın.

Yuxarı ^