• ARB Televiziyası

    "Region TV" Məhdud Məsuliyyətli Cəmiyyəti 06 fevral 2014-cü il tarixdə yaradılmışdır. "Region TV" MMC  Milli Televiziya və Radio Şurasının 14 yanvar 2014-cü il tarixli qərarı ilə ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla)  22 yanvar  2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqənin qalibi hesab edilmiş və ona 14 mart 2014-cü il tarxidə  37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla ümumrespublika televiziya  yayımı üçün 6 (altı)  il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

    “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.

     

    Ünvan: Baki şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küç. 125 
    Tel: (012) 433-85-01, 433-85-02, 433-85-03
    E-mail: office@regiontv.az
    Web sayt: www.regiontv.az

Yuxarı ^