• 21 may 2014-cü il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

    İclasda Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2013-cü il tarixli Sərəncamına əsasən milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılmışdır.

    Milli Televiziya və Radio Şurasının qərarına əsasən milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə milli ümumrespublika özəl yayımçılarının hər birinə 200 000 (iki yüz) min manat məbləğində maliyyə yardımı ayrılması barədə qərar qəbul edilmişdir. 

Yuxarı ^