• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 25 oktyabr 2013-cü il tarixli 07/2 saylı qərarı

    Qərar 07/2:

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsini, Azərbaycan Respublikası  Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.9-cu bəndini, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanın 33.1, 33.4 və 33.7-ci bəndini rəhbər tutaraq  QƏRARA ALIR:

    1. “Xəzər TV” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumrespublika televiziya yayımı (teleradio yayımı), ümumrespublika radio yayımı (teleradio yayımı) üçün xüsusi razılıq (lisenziya)  müddəti daha 6 il uzadılsın.

    2. “Xəzər TV” Məhdud Məsuliyyətli Cəmiyyətinə əlavə informasiya yayımı  (teleradio yayımı) üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya)  verilsin.

    2. “Xəzər TV” Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumrespublika televiziya yayımı üçün 11000 (on bir min) manat, ümumrespublika radio yayımı üçün 5000 (beş min) manat, əlavə informasiya yayımı  üçün 1000 (min) manat, ümumilikdə 17000 (on yeddi min) manat məbləğində rüsum tutularaq dövlət büdcəsinə köçürülsün

Yuxarı ^