• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 5 iyun 2013-cü il tarixli 04/1 saylı qərarı

    Qərar 04/1:

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsini, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini, Azərbaycan Respublikası  Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.20-ci bəndini və “Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2013-ci il tarixli Sərəncamının tələblərini rəhbər tutaraq  QƏRARA ALIR:

    1. Milli teleserialların çəkilişi məqsədilə “Azad Azərbaycan Teleradio Kompaniyası”, “Lider TV və Radio Azərbaycan” MMC, “Space Müstəqil Teleradio Kompaniyası”,  “Xəzər TV” MMC və “ANS Müstəqil Yayım və Media Şirkəti”nə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 400 000  (dörd yüz min) manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılsın.

    2. Milli teleserialların çəkilişi məqsədilə resipiyent arasında maliyyə vəsaitinin ayrılması barədə müqavilə forması və hesabatların təqdim edilməsi forması təsdiq edilsin (əlavə olunur).

Yuxarı ^