• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 5 mart 2013-cü il tarixli 01/1saylı qərarı

    Qərar 01/1:

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.4-cü maddəsini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 35.10, 40.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq  QƏRARA ALIR:

    22.02.2013-cü il tarixdə, saat 02:08-02:10 intervalında ANS televiziyasının efirində pornoqrafik materialın yayımına yol verilməsi ilə əlaqədar olaraq “ANS Müstəqil Yayım və Media Şirkəti”nə  xəbərdarlıq elan edilsin. 

Yuxarı ^