• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 4 noyabr 2013-cü il tarixli 08/4 saylı qərarı

    Qərar 08/4:

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsini, Azərbaycan Respublikası  Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.9-cu bəndini, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanın 33.3-cü bəndini rəhbər tutaraq  QƏRARA ALIR:

    1. «CTV» MMC-nin regional (Lənkəran şəhəri) televiziya yayımı (teleradio yayımı) üçün xüsusi razılıq (lisenziya)  müddəti daha 6 il uzadılsın.

    2.  «CTV» MMC-dən 3000 (üç min) manat məbləğində rüsum tutularaq dövlət büdcəsinə köçürülsün.

Yuxarı ^