• Milli Televiziya və Radio Şurasının iclası olmuşdur

    Milli Televiziya və Radio Şurasının iclası olmuşdur


    İclasda xarici ölkə telekanallarının Azərbaycan Respublikası ərazisində yayımlanmasının ölkə qanunvericiriliyinin tələblərinə uyğunlaşdırılması ilə bağlı məsələ müzakirə olunmuşdur. 

    Qeyd olunmuşdur ki, uzun müddət ərzində xarici ölkələrə məxsus telekanallar Azərbaycan ərazisində milli tezliklərlə yayımlanır. Doğrudur, Türkiyənin “TRT-1", ”STV", Rusiya Federasiyasının “1-ci kanal” (ORT) və “RTR” telekanallarının Azərbaycan ərazisində yayımı ilə əlaqədar Azərbaycan — Türkiyə və Azərbaycan — Rusiya hökumətləri arasında müvafiq müqavilələr mövcuddur. Türkiyənin “Kanal — D” televiziyasının yayımı ilə əlaqədar Azərbaycan və Türkiyə dövlətləri arasında heç bir razılaşma mövcud deyildir. Vəziyyətin gələcəkdə də bu cür davam etməsi Azərbaycan qanunvericiliyinin tələblərinə, beynəlxalq təcrübəyə və Azərbaycan telekanallarının maraqlarına zidd olardı. Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini, beynəlxalq təcrübəni və ölkə telkanallarının maraqlarını əsas götürərək 3 yanvar 2007-ci il tarixdən etibarən Türkiyənin “Kanal-D” televiziyasının, 1 iyul 2007-ci il tarixdən etibarən “STV”, habelə Rusiyanın “1-ci kanal”ı (ORT) və “RTR”-in Azərbaycan Respublikasına məxsus milli tezliklərdə yayımının dayandırılması barədə qərar qəbul etmişdir. Teleradio Şurası “Azərbaycan Televiziyası” verilişlərinin Türkiyə ərazisində yayımlandığını nəzərə alaraq “TRT-1" televiziyası verilişlərinin də Azərbaycan ərazisində yayımının davam etdirilməsini məqsədəmüvafiq hesab etmişdir. 

    Qərarın icrasını təmin etmək məqsədilə ölkənin müvafiq strukturlarına rəsmi məlumat verilmişdir. 

Yuxarı ^