• "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında" 15 mart 2005-ci il tarixli Qərar

    «İctimai televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 17.2—17.4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

    1. Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər: [1]

    Aqil İsaq oğlu Dadaşov — namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüşdür;

    Vaqif Məhərrəm oğlu Abbasov — namizədliyi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülmüşdür;

    Cahangir Əbdüləli oğlu Məmmədli — namizədliyi Mətbuat Şurası tərfindən irəli sürülmüşdür;

    Namiq Məsim oğlu Məmmədov — namizədliyi Sahibkarlıq Şurası tərəfindən irəli sürülmüşdür;

    Fuad Rauf oğlu Muradov — namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüşdür;

    Zərifə Teymur qızı Salahova — namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüşdür.

    2. Aşağıdakı şəxslər 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:

    Natiq Əhməd oğlu Şirinzadə — namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüşdür;

    3. Aşağıdakı şəxslər 2 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:

    Ağacan Qulam oğlu Əbiyev — namizədliyi idman federasiyaları tərəfindən irəli sürülmüşdür;

    Salman Musa oğlu Musayev — namizədliyi dini konfessiyalar tərəfindən irəli sürülmüşdür;

    Altay Qulam oğlu Zahidov — namizədliyi yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüşdür.

     

    M.ƏLƏSGƏROV

    Azərbaycan Respublikası Milli Məclisinin Sədri

    Bakı şəhəri, 15 mart 2005-ci il

    № 866-IIQR

     

     

    QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

    1. 14 aprel 2009-cu il tarixli 788-IIIQR nömrəli Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı (“Azərbaycan” qəzeti  15 aprel 2009-cu il, № 79, Azərbaycan Respublikası Milli Məclisin Məlumatı 2 fevral-14 aprel 2009-cu il, №1)

     

    İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

     

    14 aprel 2009-cu il tarixli 788-IIIQR nömrəli Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı (“Azərbaycan” qəzeti 15 aprel 2009-cu il, № 79) ilə Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilsinlər.

    Namiq Məsim oğlu Məmmədov

    - namizədliyi Sahibkarlıq Şurası tərəfindən irəli sürülmüşdür;

    Fuad Rauf oğlu Muradov

    - namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüşdür;

    Zərifə Teymur qızı Salahova

    - namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüşdür.

     

Yuxarı ^